Yuxarı

Dəb əfsanəsi vəfat etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəb əfsanəsi vəfat etdi

“Valentino” moda evinin qurucusu, italiyalı dəb dizayneri Valentino Qaravani 93 yaşında dünyasını dəyişib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Valentino Qaravani yanvarın 19-da Romadakı iqamətgahında, yaxınlarının əhatəsində vəfat edib.

Onunla vida mərasimi yanvarın 21 və 22-də Piazza Mignanelli meydanında keçiriləcək. Dəfn mərasimi isə cümə günü Roma şəhərində yerləşən Santa Maria degli Angeli e dei Martiri bazilikasında baş tutacaq.

Valentino Qaravani 1932-ci il mayın 11-də İtaliyanın şimalında yerləşən Voqera şəhərində anadan olub. O, 17 yaşında Parisə köçərək "École des Beaux-Arts" və "Haute Couture Syndicate"də təhsil alıb. 1959-cu ildə Romaya qayıdan dizayner bir il sonra tərəfdaşı Cankarlo Ciammetti ilə birlikdə “Valentino” moda evini təsis edib.

Onun beynəlxalq uğura yol açan ilk nümayişi 1962-ci ildə Florensiyada keçirilib. Qaravaninin ilk müştəriləri arasında ABŞ-ın mərhum prezidenti Con F.Kennedinin həyat yoldaşı Jaklin Kennedi də olub. O, həyat yoldaşının anım mərasimində geyinmək üçün dizaynerə altı libas sifariş edib.

1998-ci ildə Valentino Qaravani və Cankarlo Ciammetti “Valentino” brendini 300 milyon dollara İtaliyanın HDP konserninə satıblar. Brend 2002-ci ildə isə Marzotto Apparel şirkəti tərəfindən alınıb. Valentino Qaravani 2007-ci ildə Parisdə keçirilən son nümayişindən sonra dəb dünyasından getdiyini açıqlayıb.

Tarix
2026.01.20 / 21:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla