Yuxarı

Pakistandan İsrail-İran gərginliyinə reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistandan İsrail-İran gərginliyinə reaksiya

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar İsrailin İrana qarşı hücumunu pisləyərək bunun regional sabitliyi və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə zəiflətdiyini bildirib.

Axar.az xəbər verir ki, o, bu barədə X hesabında yazıb.

Nazir vurğulayıb ki, bu addım İranın suverenliyinin açıq şəkildə pozulmasıdır:

“Bu hərəkət beynəlxalq hüququn əsaslarını, eləcə də bəşəriyyətin vicdanını sarsıdıb, həmçinin regional sabitliyi və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə zəiflədir”.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, o cümlədən tanınmış nüvə alimləri öldürülüb.

Tarix
2025.06.13 / 10:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla