Yuxarı

Rusiya bu torpaqları özünə birləşdirəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya bu torpaqları özünə birləşdirəcək

Rusiya son 25 ildə Cənubi Qafqazda davamlı siyasət yürüdüb.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına müsahibəsində amerikalı ekspert Ariel Koen söyləyib. Onun sözlərinə görə, Rusiya müxtəlif vasitələrlə ölkənin suverenliyini zədələməyə, hərbi mövcudluğunu artırmağa və özünün rəqibləri olan ABŞ, Türkiyə və İranın qarşısında üstünlüyə sahib olmağa çalışır:

"Gürcüstanın Avropa Birliyi tərəfindən 2008-ci ildə soyuq dəstəklənməsi, Gürcüstan və Qarabağda çox kiçik müşahidə missiyası saxlaması, Ukraynaya hərbi dəstək göstərilməməsi, Cənubi Avropada qaçqın böhranı Avropa Birliyinin öz işinin öhdəsindən elə də yaxşı gəlmədiyini göstərir. ABŞ Obamanın hakimiyyəti dövründə Cənubi Qafqazdakı təhlükəsizliyə böyük ehtiyatla yanaşır. Obama administrasiyası ümid edirdi ki, Rusiya ilə razılığa gələcək, amma Moskva onun ümidlərini Ukrayna müharibəsində məhv etdi. ABŞ-ın Cənubi Qafqaz siyasəti builki seçkilərdə prezidentin kim olacağından asılıdır. Rusiya hələ də Ukrayna, Gürcüstan, Baltikyanı və Türkiyə üçün təhdiddir. Rusiyanın Cənubi Osetiyada keçirmək istədiyi referendum Gürcüstan və Qafqaz üçün böyük destabilizasiya vasitəsinin yaradılmasıdır. Gürcüstanın zəiflədilməyə çalışılması yeni deyil. Kreml Abxaziya və Qarabağa da Osetiyaya verdiyi dəstəyi göstərməklə Cənubi Qafqazda destabilizasiya yaratmağa çalışır. Rusiya eyni yolla Dnestryanı və Donbas, Luqanskı dəstəkləməklə Ukrayna ilə Moldovanı zəiflətmək istəyir. Cənubi Osetiyanın anneksiyası ilə bağlı qərar çoxdan verilib. Bu, sadəcə zaman məsələsidir. Belə ki, Obama artıq vəzifəsini tərk edir və buna görə də Qafqazda avantürizm üçün ən yaxşı vaxt 2016-cı ilin yay-payız ayları olacaq".

Tarix
2016.06.21 / 22:51
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident Xocalı Soyqırımı Memorialının açılışında... - Foto

Fidandan Azərbaycan açıqlaması: Yanınızdayıq!

Prezident: İradəmizə qarşı çıxanın başı əziləcək!

İşğal dövründə bizə nə qədər təzyiqlər olub... - Prezident

Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Onlar Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdı...

Xocalı soyqırımının məsuliyyətini Ermənistan daşıyır

Bu, ədalətimizin son nöqtəsi idi - Prezident

Abiy Əhməd Əli Azərbaycanda səfərdədir

İlham Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla