Yuxarı

Putin Çinə niyə gedir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin Çinə niyə gedir?

Son zamanlar Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Szinpin, demək olar ki, mütəmadi görüşürlər. Şənbə günü, iyunun 25-də isə Rusiya prezidenti Çinə yola düşəcək.

Axar.az Nyus Vik-ə istinadən xəbər verir ki, Putinin səfərinin əsas müzakirə mövzusu silah alveri olacaq. Bir zamanlar Çin Rusiya silahlarının ən iri satış bazarlarından biri olub. Hazırda isə o özü silah istehsal etmək niyyətindədir.

Ehtimal ki, Rusiya prezidenti Pekini lazımi məhsulları Rusiyadan almağa razı salmaq istəyir.

Baş nazirin müavini Dmitri Roqozin bildirib ki, Çin Rusiyadan RD-180 raket mühərrikləri almaq fikrindədir.

Ehtimallara görə, Putin Çinə səfəri zamanı raket texnologiyaları sahəsində əqli mülkiyyətin qorunması haqqında saziş imzalaya bilər.

Politoloqların fikrincə, Pekin səfərinin ikinci bir səbəbi energetika sahəsinə investisiyaların axtarışıdır. Tərəflər qaz kəmərlərinin irimiqyaslı layihələrinin tikintisi üzrə maliyyə mübahisələrini müzakirə etməlidir.

Tarix
2016.06.23 / 13:40
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Səfirliyimiz önündə təxribatı onlar törədibmiş... - Video

Moskvadakı səfirliyimizin önündəki təxribatın - Videosu

Ehtiyac olsa, Azərbaycandan elektrik enerjisi alacağıq...

Moskvadakı səfirliyimizin önündə təxribat: XİN-dən sərt reaksiya

Rusiyanın nüvə təhdidi: MKİ şefi Moskvaya buna görə gedib

Bu, Azərbaycanla müharibə olardı, mən mazoxistəm?

Bayramov Avstriyanın yeni səfiri ilə görüşdü

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla