Yuxarı

Ərdoğandan İran və İsrailə çağırış...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə İran və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına ciddi şəkildə əməl olunmasına çağırır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Haaqaya yola düşməzdən əvvəl keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, münaqişələrin həlli üçün yeganə düzgün və rasional yol diplomatiyadır.

“İyunun 13-dən etibarən bölgədə gərginliyin artması müşahidə olunur. Türkiyə bu hadisələrin ilk saatlarından etibarən dialoqa çağırış edib. Bu gün atəşkəs razılaşmasını alqışlayırıq”, – deyə Ərdoğan qeyd edib və Ankaranın prosesləri diqqətlə izlədiyini vurğulayıb.

Dövlət başçısı, həmçinin ölkənin müdafiə potensialının daha da gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

“Biz yerli hərbi-sənaye kompleksimizə xüsusi önəm veririk”, – deyə Prezident vurğulayıb və Türkiyənin NATO-da say baxımından ikinci böyük orduya malik olduğunu xatırladıb.

Ukraynada gedən müharibəyə münasibət bildirən Ərdoğan Ankaranın sülh perspektivinə səmimi şəkildə inandığını söyləyib.

“Bu istiqamətdə Türkiyənin atdığı addımlar hamıya məlumdur. Sülhə doğru atılan ən mühüm addımlardan biri İstanbulda keçirilmiş Kiyev–Moskva danışıqlarıdır”, – deyə o qeyd edib və Ankaranın Avropanın təhlükəsizlik arxitekturasına verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.

NATO sammitinin gündəliyinə toxunan Türkiyə Prezidenti bildirib ki, ölkəsi 2026-cı ildə Şimali Atlantika Alyansının növbəti sammitini keçirməyə hazırdır.

Qeyd edək ki, iyunun 24-ü Haaqada keçirilən NATO sammiti çərçivəsində Türkiyə və ABŞ liderləri arasında görüş planlaşdırılıb.

Tarix
2025.06.24 / 20:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana minnətdarıq - Sikorski

Kaya Kallas Azərbaycana təşəkkür etdi

Bakı bu təşkilatda ən dominant oyunçulardandır - Avraham

Bayramov BƏƏ XİN başçısı ilə danışdı

İsrail və İran arasında atəşkəs... - Rəsmi Bakıdan reaksiya

İran çox şey itirdi, amma simasını... - Mixaylov

Rusiya səfirliyinin əməkdaşları ölkəmizə təxliyə olundu

Sabir Rüstəmxanlı Xameneiyə müraciət etdi

Azərbaycan UNEP CPR Bürosunun sədri seçildi - İlk

İsrail-İran savaşı: Ərəblər bir daha əmin oldular ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla