Yuxarı

Bu gün Moskva miqrantlarını təhlükə gözləyir - Yenilənib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Moskva miqrantlarını təhlükə gözləyir - Yenilənib

Rusiyada "Vətəndaş Platforması" Partiyasının lideri, tanınmış biznesmen Mixail Proxorov öz tərəfdarlarını "Rus marşına" getməməyə çağırıb.

Sosial şəbəkə vasitəsilə tərəfdarlarına müraciət edən Proxorov "Uzun müddət "Rus marşı"na münasibət bildirib-bildirməmək barədə düşündüm.

Qərara aldım ki, artan millətçilik əhval-ruhiyyəsindən kənarda qala bilmərəm" deyib.

Proxorov ölkədəki miqrasiya siyasətindən və korrupsiyadan bir çoxlarının narazı qaldığını bildirərək təxribata uymamağa çağırıb:

"Biz miqrantlarla bağlı vəziyyəti radikal millətçilər olmadan da dəyişəcəyik. "Vətəndaş Platdorması" Partiyasının bunun üçün dəqiq resepti var. Millətçilərin marşına qoşulmaq vacib deyil. Kim ki, ora gedib-getməmək barədə düşünür, mən onlara "getməyin" deyirəm.

***

13:13

Rusiya paytaxtı Moskvada bu gün keçiriləcək "Rus marşı"nda iştirak edəcək şəxslər artıq toplaşmağa başlayıb.

"Axar.az" "Aznews.az"a istinadən xəbər verir ki, Lyublina rayonunda metro stansiyası yaxınlığından başlayacaq "Rus marşı" meriyanın təsdiqlədiyi marşrut üzrə davam edəcək. Aksiyada 15 min adamın iştirakı razılaşdırılıb. Ancaq millətçilərin liderlərindən biri olan Dmitri Demuşkin aksiyada iştirakçıların sayının bundan 2 dəfə artıq olacağını bildirib. Aksiyada təhlükəsizliyi təmin etmək üçün çox sayda polis əməkdaşı cəlb edilib. Metro stansiyasının ətrafında təhlükəsizlik tədbirləri daha da gücləndirilib. Metro adi rejimdə işləsə də, supermarketlər "texniki səbəblərə görə" bu saatlarda fəaliyyətlərini dayandırıblar.

Bir neçə ildir ki, keçirilən "Rus marşı" bu il Moskva ilə yanaşı digər şəhərlərdə də baş tutacaq. Bu qəbildən aksiyaların keçirilməsinə noyabrın 3-dən start verilib. Miqrantlara qarşı təşkil olunan bu aksiya Moskvada daha kütləvi xarakter daşıyacaq. Bu isə Moskvada Yeqor Şerbakovun azərbaycanlı Orxan Zeynalov tərəfindən öldürüldüyü barədə yayılan xəbərlərin təsiri ilə izah olunur.

Tarix
2013.11.04 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla