Yuxarı

Azərbaycan Ermənistandan 52 pillə öndədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ermənistandan 52 pillə öndədir

ABŞ-ın "Global Finance Magazine" jurnalı dünyanın ən varlı ölkələrinin siyahısını (The Richest Countries in the World) açıqlayıb.

AzVision.az xəbər verir ki, 185 ölkənin yer aldığı siyahıda Azərbaycan Qazaxıstan və Rusiyadan sonra ən yaxşı üçüncü MDB ölkəsi kimi 64-cü yerdə qərarlaşıb.

Reytinq siyahısı Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun məlumatları əsasında hazırlanıb.

Siyahıda dünyanın ən varlı ölkəsi kimi Qatar (adambaşına düşən gəlir 146 min dollar) göstərilib.

İkinci yerdə Lüksemburq (94 min 147 dollar), üçüncü yerdə isə Sinqapur (84 min 821 dollar) gəlir.

Dünyanın ən kasıb ölkələri isə Malavi (819 dollar), Konqo (753 dollar) və Mərkəzi Afrika Respublikasıdır. (639 dollar)

MDB ölkələri arasında Qazaxıstan (25 min 367 dollar) 50-ci, Rusiya (25 min 350 dollar) isə 51-ci, Türkmənistan (15 min 837 dollar), Ukrayna (8 min 493 dollar)109-cu, Gürcüstan (8 min 222 dollar) 113-cü, Ermənistan (7 min 704 dollar) 116-cı, Özbəkistan (5 min 963 dollar) 127-ci, Qırğızıstan (3 min 581 dollar) 142-ci, Tacikistan isə (2 min 830 dollar) isə 153-cüdür.

Maraqlı məqamlardan biri isə siyahıda Azərbaycanın qonşu İran İslam Respublikasını qabaqlamasıdır.

Belə ki, İran adambaşına düşən gəlir göstəricisi 16 min 918 dollarla 72-ci pillədə qərarlaşıb. Ölkəmiz reytinq siyahısında Ermənistandan 52 pillə öndə qərarlaşıb.

Tarix
2016.06.25 / 23:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə Xəzərdə əməkdaşlığı gücləndirmək istəyirik - Meredov

Yəmən Nümayəndələr Palatasının sədri Bakıya gəldi

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla