Yuxarı

Dünyanın ən yaşlı adamı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın ən yaşlı adamı - Video

Hindistanda kiçik bir kənddə yaşayan 118 yaşlı Premsay Patelin doğum tarixi təsdiq olunarsa, o, dünyanın ən yaşlı adamı sayıla bilər.

Məlumata görə, onun uzun ömürlü olmasının sirri sağlam həyat tərzindədir. O, istisna olaraq bitki yeməkləri yeyir. Yaşlı adam gününü dini moizə ilə başlayır. Onun sözlərinə görə, bu, ruhunu və bədənini təmizləyir.

Patel öz böyük ailəsi ilə Korba dairəsində yaşayır. Qohumları hamısı onunla fəxr edir və onu özlərinə nümunə sayırlar. Onlar bir yerə yığışaraq Veda mətnləri oxuyur və dua edirlər.

Premsay Patelin şəxsiyyət vəsiqəsində göstərilib ki, o, 1896-cı ildə doğulub. Amma ekspertlər onun sümük toxumasını analiz etmək və yaşını müəyyən etmək istəyirlər.

Qeyd edək ki, yaşı 110-dan çox olan adamların axtarışı ilə Gerontology Research Group təşkilatı məşğul olur. Qurumun əməkdaşlarının sözlərinə görə, hazırda dünyanın ən yaşlı adamı Yaponiyanın qadın sakini Misao Okavadır, onun 115 yaşı var.

Tarix
2014.02.24 / 23:36
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla