Yuxarı

Meşə yanğınları İzmirdə yaşayış məntəqələrinə çatdı: ölən var

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:07

Türkiyənin Antalya vilayətinin Muradpaşa rayonunda yaşayış binaları yaxınlığında meşə yanğınları başlayıb.

Axar.az xəbər verir ki, bu gün yerli vaxtla saat 10:30 başlayan yanğına havadan və qurudan müdaxilə edilir.

Məlumata görə, yanğının yaşayış binalarına keçmə təhlükəsi olduğu üçün kütləvi ixtişaşlara müdaxilə maşınından da istifadə edilir.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

***

Türkiyədə meşə yanğınları davam edir.

2 təyyarə və 6 helikopter Çeşmə bölgəsində yanğını söndürməyə davam edir.

Kənd təsərrüfatı sahəsində başlayan yanğın meşəyə keçib və bəzi ərazilər ehtiyat tədbiri olaraq boşaldılıb.

Yanğına görə Çeşmə-İzmir avtomobil yolunda hərəkət dayandırılıb.

İzmir Böyükşəhər Bələdiyyə Başçısı Cəmil Tuqay “Çeşmədə güclü külək səbəbiylə böyüyən və yaşayış məntəqələrini təhdid edən böyük bir yanğınla qarşı-qarşıyayıq” deyib.

Eyni zamanda, İzmirdə Ödemiş bölgəsindəki yanğın da nəzarət altına alınmayıb.

***

İzmirin Ödemiş bölgəsində bəzi evlərə keçən yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülüb.

Yanğınsöndürmə əməkdaşları yanan evlərdə araşdırma apararkən köməksiz vəziyyətdə qalıb, dünyasını dəyişən 80 yaşlı yataq xəstəsi olan İbrahim Ərkanın cəsədini tapıb.

Tarix
2025.07.03 / 16:54
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla