Yuxarı

Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyada meşə yanğınları ciddi ziyan vurdu

Suriyanın qərbində başlayan meşə yanğınları Latakiya əyalətinə ciddi ziyan vurub.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Suriya TV yayıb.

Qeyd olunub ki, Suriya daxilində təhlükəsizlik qüvvələri və yanğınsöndürənlər meşə yanğınlarını söndürmək üçün birgə əməliyyat aparırlar. Dünəndən bəri davam edən yanğınların söndürülməsi hələ mümkün olmayıb.

Yanğınlar əsasən Latakiya əyalətini əhatə edib. Güclü külək və yüksək temperatur səbəbindən alovun yayılması genişlənib. Mülki müdafiə qüvvələrinin məlumatına görə, yanğınların sürətlə yayılmasının əsas səbəblərindən biri yanğın sahəsinə yaxın su mənbələrinin olmaması və müharibə dövründə qalmış partlayıcıların partlamasıdır.

Müvəqqəti hökumətin fövqəladə hallar naziri Rəid əs-Saleh bildirib ki, yanğınların söndürülməsində çətinliklərə səbəb ərazinin dağınıq relyefə malik olmasıdır.

Yanğın artıq Latakiyanın meşələrinə, kənd təsərrüfatı sahələrinə və meyvə bağlarına ciddi ziyan vurub. Mediada yayılan xəbərlərə görə, alovlar Suriyanın şimal-qərbindəki Kasab şəhərinə doğru yayılır.

Hadisə ilə bağlı vəziyyət hələ də nəzarət altına alınmayıb və xilasedicilər əllərindən gələni edirlər.

Tarix
2025.07.05 / 14:13
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla