Yuxarı

İran hərbi bazalarını vurub, İsrail gizlədirmiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran hərbi bazalarını vurub, İsrail gizlədirmiş

İran 12 günlük müharibə zamanı İsrailin bir neçə hərbi bazasına zərbələr endirib.

Axar.az xəbər verir ki, bu barədə hərbi əməliyyatların təsirlərini müəyyən etmək üçün peyk-radar fotolarının təhlili ilə məşğul olan ABŞ-ın Oreqon Universitetinin alimlərinin “Telegraf” nəşrinə təqdim etdikləri məlumatlarda qeyd olunub.

Məlumata görə, İranın 6 raketi radioelektron kəşfiyyat mərkəzi və logistika bazası da daxil olmaqla, şimal, cənub və mərkəzi İsraildəki hərbi hədəfləri vurub.

BBC isə bildirib ki, sərt senzura səbəbindən bu barədə ictimaiyyətə məlumat verilməyib.

İsrail hərbi rəsmiləri İranın zərbələri nəticəsində dəyən zərərlə bağlı şərh verməkdən imtina edərək, yalnız bütün müvafiq bölmələrin əməliyyat boyu döyüşə hazır vəziyyətdə qaldığını deyiblər.

“Telegraf”ın təhlili göstərir ki, İranın əksər raketləri ələ keçirilsə də, münaqişənin ilk səkkiz günü ərzində müdafiə sistemlərini yarıb keçən raketləri sayı durmadan artıb:

“Bunun səbəbləri qeyri-müəyyəndir, lakin ekspertlər deyirlər ki, buna İsrailin məhdud təchizatı, mürəkkəb buraxılış taktikası və İranın daha təkmil raketlərdən istifadə etməsi daxildir”.

Tarix
2025.07.06 / 12:03
Müəllif
Axar.az
Digər xəbərlər

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla