Yuxarı

Ruslar heyrətdə: Ərdoğan Putinə yazdı, rubl bahalaşdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruslar heyrətdə: Ərdoğan Putinə yazdı, rubl bahalaşdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinə məktub göndərməsi və Su-24 olayına görə üzüntü duyduğunu bildirərək, pilotun ailəsinə başsağlığı diləməsi Rusiya mediasında böyük əks-səda doğurub.

Axar.az xəbər verir ki, Rusiya mediası bunu Ərdoğanın Putindən üzr istəməsi kimi hallandırıb. Ədalətli Rusiya fraksiyasının sədr müavini Mixail Yemelyanov "Ria-Novosti"yə açıqlamasında Ərdoğanın "üzr istəmə xəbərinin" həqiqət olacağı təqdirdə Rusiya və Türkiyənin münasibətlərinin düzələcəyini bildirib:

"Ərdoğan həqiqətən üzr istəyibsə, demək, Rusiyanın şərtlərinin ilk hissəsi yerinə yetirilib. İkincisi, biz vurulan təyyarənin və ölən pilotun ailəsinə təzminat verilməsini tələb etmişdik. Bu halda münasibətlərin düzəlməsi əlbəttə ki, mümkündür".

İTAR-TASS Türkiyə Prezidenti Ərdoğanın mətbuat xidmətinin Rusiya Prezidenti V.Putinə göndərilən məktuba dair bəyanat verməkdən çəkindiyini yazıb.

Rubl yüksəlməyə başladı

"Komsomolskaya Pravda" Ərdoğanın üzründən sonra rublun dəyərinin qalxdığına diqqət çəkib: "Daha əvvəl neftin qiymətlərinin düşməsi ilə rubl dəyər itirirdi, lakin Ərdoğanın üzr istəməsindən sonra rubl stabilləşməyə başladı", - qəzet vurğulayıb.

"Qazeta.ru" isə Türkiyə prezidentinə yaxın mənbələrin Ərdoğanın Putinə göndərdiyi məktubda üzr istədiyini təsdiqlədiyi barədə məlumat yayıb.

Tarix
2016.06.28 / 09:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

Hərənin arxasında, necə deyərlər, böyük bir dayı var

Deputatdan pensiya və maaş artımı ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla