Yuxarı

İranda Pezeşkian və türklər təhqir edildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda Pezeşkian və türklər təhqir edildi - Foto

Tehranlı karikaturaçı Hadi Heydərinin yayımlanan son karikaturasında İran Prezidenti Məsud Pezeşkian və türklər təhqir olunub.

Axar.az xəbər verir ki, bu haqda Təbriz mediası məlumat yayıb.

Karikaturada əlində qamçı olan Pezeşkianın “Birlik” sözü yazılmış eşşəyi tərs mindiyi təsvir olunub.

"Hadi Heydərinin təhqiramiz karikaturasının dərci sənət əsəri deyil, türk millətinə qarşı irqçi və düşünülmüş bir hərəkət kimi qiymətləndirilməlidir. Milli birliyə istehza edən, ölkə prezidentini aşağılayan bu karikatura əslində milyonlarla türk-iranlını hədəfə alıb", - Məsud Pezeşkianın tərəfdarı olan "Təbrizone" sosial media kanalında yazılıb.

İranda yaşayan azərbaycanlı ziyalı və ictimai xadimlər karikaturanın yayılmasını pisləyib və bunun nəticələri barədə xəbərdarlıq ediblər:

"Biz türklər olaraq bildiririk ki, bu təhqiri unutmayacağıq və bu irqçi davranış pislənənə qədər bunu hüquqi yollar və media vasitəsilə davam etdirəcəyik. İranda nifrət yayan hərəkata xəbərdarlıq edirik. Türk millətinin kimliyi silinə və ya aşağılana bilməz".

Tarix
2025.07.28 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla