Yuxarı

NATO tanklarının əhatəsində özgürlük günü - Tiflis

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO tanklarının əhatəsində özgürlük günü - Tiflis

Gürcüstanda Müstəqillik günü böyük təmtəraqla qeyd olunub.

Axar.az xəbər verir ki, Tiflisin mərkəzində, Azadlıq meydanına uzanan küçələrdə böyük izdiham yaşanıb.

Tədbirin diqqətçəkən əsas məqamlarından biri də Gürcüstanın Müstəqillik gününə NATO-nun qoşun hissələrinin top-tüfənglə, tankla qatılması olub. Əsas dövlət bayramında iştirak etmək üçün ümumilikdə 800 NATO hərbçisi mayın 9-da Gürcüstana ABŞ hərbi hava qüvvələrinin 3 təyyarəsi ilə gətiriliblər.

Yada salaq ki, Gürcüstan Demokratik Respublikası Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 2 gün əvvəl – 1918-ci il mayın 26-da yaradılıb.

Noe Jordaniyanın rəhbərliyi altında müstəqil elan edilən Gürcüstan Demokratik Respublikasını 18 mart 1921-ci ilə - süqut edənə qədər 23 dövlət tanıyıb.

Mayın 26-da baş tutan paradda NATO-ya daxil olan 4 dövlətin - ABŞ, Fransa, Böyük Britaniya və Yeni Zelandiyanın qoşunları Gürcüstan hərbçiləri ilə birgə iştirak ediblər. Gürcüstanın növbəti dəfə müstəqilliyini elan etməsindən ötən 25 il ərzində ilk dəfə NATO qoşun hissələri belə bir mühüm dövlət tədbirinə qatılıblar.

Musavat.com-un Tiflisdən hazırlanan reportajında bildirilir ki, tədbirdə iştirak edən turistlər sırasında Ukrayna və Azərbaycandan gələnlər çoxluq təşkil edib. Maraqlı məqamlardan biri də tankların, hərbçilərin Azadlıq meydanına, Gürcüstana demokratiyanın gəlişinə qucaq açmış bir məkana yerləşdirilməsi olub.

Tarix
2016.05.27 / 10:22
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla