Yuxarı

Roma Papası İsgəndərova məktub göndərdi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roma Papası İsgəndərova məktub göndərdi - Foto

Roma Papası Fransisk onun heykəl-portretini hazırlayan azərbaycanlı heykəltəraş Zeynalabdin İsgəndərova təşəkkür məktubu göndərib.

Bu barədə APA-ya heykəltəraş özü məlumat verib. O deyib ki, Roma Papası məktubda hədiyyədən məmnunluğunu bildirib.

Heykəltəraş qeyd edib ki, heykəl-portret bu ilin yayında Vatikan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Romada hazırlanıb: "Roma Papasının mədəniyyət məsələləri üzrə nümayəndəsi, monsinyor Sançez de Toka Alameyde heykəli hazırlamağı xahiş etmişdi. Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Monjelli mənə Romada şərait yaratdı və mən Papanın heykəlini hazırladım. Roma Papası əsəri bəyəndi. O, məni qəbul etmək istəyirdi. Sadəcə, vizam bitdiyindən, həm də Papa Ermənistana səfərə getdiyi üçün məni qəbul edə bilmədi. Bu yaxınlarda Roma Papası heykələ görə mənə Vatikandan təşəkkür məktubu göndərib. Təşəkkür məktubu ispan dilində yazılıb ki, heç bir şübhə qalmasın".

Tarix
2016.09.14 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla