Yuxarı

Diqqətlə baxın: İçərişəhərdə Adəm möcüzəsi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diqqətlə baxın: İçərişəhərdə Adəm möcüzəsi - Foto

Azərbaycanın zəngin mədəniyyətini təkcə tarixi abidələrə, əsərlərlə baxmaqla yox, həm də sıradan insanların yaratdığı bənzərsiz əl işlərinə tamaşa etməklə də görmək olar.

Axar.az xəbər verir ki, belə sadə insanlardan biri də İçərişəhərdə öz əl işlərini satan Adəmdir. Gənc müəllim Kamran Nizami sosial şəbəkədə sənətkar Adəmlə tanış olmasından və onun qeyri-adi işlərindən yazıb:

“İçərişəhərdə rəsm əsərlərinə, heykəllərə baxırdım, Adəm adlı bir insanla tanış oldum. Əsərləri diqqətimi çəkdi, ağacın üzərində insan portretləri yaradır. Belə asan görünə bilər, ancaq bir xeyli əziyyətli işdir. Əvvəllər fotoqraf işləyib. Deyir, “bir gün İçərişəhərdə gəzəndə qarşıma bir ağac budağı çıxdı, başladım üzərində rəsmlər yaratmağa”. 7-8 ay olar bu işlə məşğuldur. Dediyinə görə, ölkədə bu işlə məşğul olan tək odur. Avropada isə bu sahə kifayət qədər inkişaf edib. Vizit kartını verdi ki, “almaq istəyən, öyrənmək istəyən olsa, təmənnasız öyrədərəm, özümdən sonra şagirdim olsun”. Mənə bir şey maraqlı gəldi ki, heykəllərin hekayəsi yox idi. İkinci dəfə təkrar olunmayacaq insan sifətləri...”

Tarix
2016.12.05 / 08:30
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bu, ölkəmizin Avropa üçün nə qədər önəmli olduğunu təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla