Yuxarı

“Səttar dünyası”nın açılışı keçirildi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasından 107 il ötür. Bu əlamətdar hadisə ilə bağlı Səttar Bəhlulzadənin ev-muzeyində muzeyin veb-saytının (bahlulzade.az) təqdimatı və gənc rəssam Emin Aslanovun “Səttar dünyası” portretlər silsiləsinin açılışı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Nazirliyin bədii tərtibat üzrə eksperti Etibar Qocayev, İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov, Suraxanı rayon İcra hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, rəssam və sənətşünaslar, S.Bəhlulzadənin həyat və yaradıcılığı ilə yaxından maraqlananlar, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan ev-muzeyinin direktoru İradə Abdinova qonaqları salamlayıb. O, qeyd edib ki, 107 il bundan əvvəl Bakının Əmircan kəndində Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycanın xalq rəssamı, Azərbaycan SSR Dövlət mükafatı laureatı Səttar Bəhlulzadə anadan olub. Azərbaycan təsviri sənət tarixində lirik mənzərələrin yaradıcısı kimi məşhurlaşan rəssamın əsərləri dünyanın bir sıra ölkələrində nümayiş etdirilib, Praqada, Londonda, İstanbulda, Bonnda və digər şəhərlərdə fərdi sərgiləri keçirilib. O, əsərləri BMT-nin baş qərargahında nümayiş etdirilən və Avropada fərdi sərgisi olmuş ilk Azərbaycan rəssamıdır.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev, Azərbaycanın Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov çıxış ediblər. Çıxışçılar informasiya texnologiyalarının muzeylərdə tətbiqini müsbət hal kimi qiymətləndiriblər. Səttar Bəhlulzadənin obrazının bir çox rəssam və heykəltəraşlar tərəfindən təsvir olunmasından danışıb, bu baxımdan gənc rəssam E.Aslanovun “Səttar dünyası” silsiləsini yaratmasının heç də təsadüfi olmadığını, kompyuter qrafikası ilə işlənmiş əsərlərin rəssamın obrazını yeni rakursdan görməyə imkan verdiyini söyləyiblər. Sonra muzeyin baş mühafizi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova muzeyin saytını təqdim edib. Saytın strukturu, elementləri nümayiş olunub, tərtibat və iş prinsipləri haqqında məlumat verilib. Saytın məqsədi rəssamın həyat və yaradıcılığı haqqında virtual məlumat verməkdir.

“Səttar dünyası” adlı portretlər silsiləsini hazırlayan gənc rəssam Emin Etibar oğlu Aslanov 1993-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alır. Kompyuter qrafikası ilə məşğul olan gənc rəssam “Avqust-2011”, “Xocalı-20”, “Nar”, “Ənənə və müasirlik”, “Gənc istedad-2012” (III mükafat), “Tolerant Azərbaycan gənci”, “Xocalı-25” (I mükafat) sərgilərində iştirak edib.

Tarix
2016.12.17 / 15:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla