Yuxarı

Bakı memarlığı Romada nümayiş olundu - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı memarlığı Romada nümayiş olundu - Foto

11-12 may tarixlərində Romanın “Auditorium della Tecnica” sarayında İtaliyanın “Road To Green 2020” QHT-nin təşkilatçılığı ilə “Gələcəyin Şəhəri” (“La Citta del Futuro”) adlı tədbir keçirilib. Şəhərlərin davamlı inkişafına həsr olunmuş tədbirdə Azərbaycanın müasir memarlığı haqqında ətraflı məlumat verilib, memarlıq abidələrinə həsr edilmiş sərgi təşkil olunub.

Axar.az xəbər verir ki, tədbir zamanı Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Zaur Qədiməliyev çıxış edərək ölkəmizin zəngin mədəniyyəti, tarixi ənənələri, sosial-iqtisadi inkişafı, həyata keçirilən önəmli iqtisadi, infrastruktur və memarlıq layihələri, o cümlədən mədəni irsin qorunması sahəsində əldə edilmiş uğurlar haqqında məlumat verib. Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Əliyev Bakının müasir memarlıq nümunələri haqqında geniş təqdimatla çıxış edib. O, tədbir iştirakçılarına “Bakı Ağ Şəhər”, Böyükşor gölünün bərpası, Bakı Olimpiya Stadionun inşası layihələrinin konsepsiyası, texniki tərəfləri barədə ətraflı məlumat verib.

Tarix
2017.05.13 / 23:31
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla