Yuxarı

Leyla Əliyevanın əsərləri Parisdə nümayiş olundu - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyevanın əsərləri Parisdə nümayiş olundu - Foto

Fransanın Paris şəhərində, Luvr muzeyinin Karusel salonunda XX “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi keçirilir.

Report-un verdiyi məlumata görə, tədbirdə azərbaycanlı rəssamlar Əsmər Nərimanbəyova, Məryəm Ələkbərli və Leyla Əliyevanın rəsm əsərləri də nümayiş etdirilir.

Sərginin açılışı münasibətilə təşkil edilmiş vernisajda Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov, Paris Azərbaycan Evinin sədri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva də iştirak edirlər.

Sərgidə rəsm əsərləri ilə yanaşı, DABZ-ın 2017-ci il kolleksiyasından olan əl işləri də nümayiş olunur.

Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova bildirib ki, sərgidə tamamilə yeni üslubda yaratdığı miniatür tabloları ilə iştirak edir: "Bu tabloları Azərbaycanın ədəbiyyatının klassikləri Nizami Gəncəvinin şeirlərindən, İmadəddin Nəsiminin fəlsəfi fikirlərindən ilham alaraq, zəngin qədim adət-ənələrimizdən ruhlanaraq, doğma vətənimizə güvənərək ərsə gətirmişəm".

Azərbaycan Rəssamlar İttifaqının üzvü Leyla Əliyeva sərgidə nümayiş etdirdiyi tabloları Azərbaycan nəğmələrini rənglər dünyasına çevirərək yaratdığını söyləyib.

“Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin direktoru, eyni zamanda yaracısı Miryam Annonay Kastanet açıqlamasında qeyd edib ki, sərgidə 5 il bundan əvvəl yalnız Məryəm Ələkbərlinin əsərləri nümayiş olunurdu: "Ancaq son illər daha bir neçə azərbaycanlı rəssamın əsərləri əfsanəvi muzeyin qalereyasında sənətsevərlərin gözünü oxşayır. Azərbaycan rəssamlarının əsərləri demək olar fransalıların qəlbini fəth edə bilib".

Qeyd edək ki, XX “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisi iyunun 11-dək davam edəcək.

Tarix
2017.06.10 / 10:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla