Yuxarı

Bulvarda hər kəs rəsm çəkəcək

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bulvarda hər kəs rəsm çəkəcək

Avqustun 25-dən etibarən hər gün saat 09:00-dan 18:00-dək Dənizkənarı Milli Parkın ərazisində (Saat Qülləsinin yaxınlığında) və İçərişəhərdə yerləşən “Arts Council” incəsənət platformasında “Öz əsərini yarat” adlı tədbir keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Kult.az-a verilən məlumata görə, aksiya xarekteri daşıyan tədbir Bakı şəhər sakinlərinin və şəhərimizin qonaqlarının rəssamlıq sənətinə marağının artırılması, gəzintiyə çıxan insanlara öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün imkan yaradılması, həmçinin ölkəmizə səfər edən xarici turistlərdə maraq oyatmaq məqsədi ilə həyata keçirilir.

Tədbirin yekununda aksiyada böyük maraq doğuran, münsiflər heyəti tərəfindən seçilən rəsmlərdən ibarət sərgi keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, tədbir Azərbaycan Dövlət Rəsm Qalereyasının, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Dənizkənarı Bulvar İdarəsinin təşkilati dəstəyi ilə keçirilir.

Tarix
2017.08.21 / 17:52
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla