Yuxarı

Leonardo Da Vinçinin bu əsərinin sirri ortaya çıxdı

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leonardo Da Vinçinin bu əsərinin sirri ortaya çıxdı

Amerikalı jurnalist Uolter Ayzekson Leonardo Da Vinçinin həyatına həsr etdiyi əsərində dahi rəssamın “Dünyanın xilaskarı” rəsmində Məsihin əlində tutduğu şəffaf kürənin təyinatını tapıb.

Axar.az xəbər verir ki, “Dünyanın xilaskarı” rəsmi Da Vinçinin şəxsi kolleksiyada saxlanılan yeganə əsəridir. Noyabr ayında rəsm “Christie’s” satış evində hərraca çıxarılacaq. Onun qiyməti 100 milyon dollardan başlayacaq ki, bu da onu rəssamın ən bahalı əsəri edəcək.

“Kürə və ya obyektiv şəklində olan sərt şüşə və ya kristal böyüdülən, tərsə çevrilən və əks görüntü yaradır. Lakin bunun yerinə Leonardo Da Vinçi kürəni daxilindən keçən işıq şüasını sındırmayan və təhrif etməyən içiboş şüşə şar kimi təsvir edib”, - deyə Ayzekson yazıb.

Onun sözlərinə görə, əgər Da Vinçi şüşənin əmələ gətirdiyi təhrifləri dəqiq təsvir etsəydi, əlin kürənin arxa hissəsində görünən hissəsi kiçildilmiş və ya böyüdülmüş görünəcəkdi. Jurnalistin fikrincə bu, çox qəribə səslənir, çünki rəssam “optika və işıq şüası sahəsinə həddən artıq maraq göstərib”.

“Ola bilsin Da Vinçi bu şəkildə Məsihə və onun kürəsinə möcüzəli xüsusiyyətlər verməyə çalışıb”, - deyə Ayzekson düşünür.

Uzun illər hesab olunurdu ki, bu rəsm əsəri dahi rəssamın şagirdlərinin biri tərəfindən çəkilib. Lakin 2013-cü ildə aparılan analiz əsərin Da Vinçiyə məxsus olduğunu sübut edib.

Tarix
2017.10.19 / 19:15
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla