Yuxarı

Da Vinçinin tablosuna 450 milyon verən şəxs bilindi

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Da Vinçinin tablosuna 450 milyon verən şəxs bilindi

Məşhur italyalı rəssam Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (Salvador Mundi) adlı əsərini hərracda 450.3 milyon dollara alan şəxsin kimliyi məlum olub.

Kult.az xəbər verir ki, “Deili Meil” əsəri satın olan şəxsin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman olduğunu açıqlayıb.

Məlumata görə, “Nyu York Tayms” “Dünyanın xilaskarı” əsərinin sahibi olaraq digər bir şahzadə - Badər bin Fərhan əs-Səudu göstərsə də, əsl alıcının vəliəhd şahzadə olduğu ortaya çıxıb.

Qeyd edək ki, 1519-cu ildə vəfat edən Leonardo da Vinçinin müasir dövrə yalnız 20-yə qədər əsəri çatıb. “Dünyanın xilaskarı” əsəri Nyu York şəhərində təşkil olunan hərracda satılıb. Tablonun dəyəri bir sənət əsəri üçün ödənilən ən böyük məbləğ kimi tarixə düşüb. Əsər ilk dəfə 1958-ci ildə Londonda keçirilən hərracda Leonardo da Vinçinin əsərlərindən bəhrələnən birinə aid olduğu düşünülərək, cəmi 60 dollara satılıb.

Tarix
2017.12.09 / 01:46
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

Bayramov Əli Kərimli ilə bağlı bu sualı cavablandırdı

ABŞ-Çin-Rusiya liderlərinin görüşü... – Rəsmi Bakı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla