Yuxarı

Sultanın kolleksiyasında qatil – Fotoları

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Osmanlı tarixinin ən çox bəhs edilən və maraq doğuran hökmdarlarından biri olan Sultan II Əbdülhəmidin bilinməyən bir çox xüsusiyyəti və şəxsi maraqları fotolar sayəsində ortaya çıxıb.

Kult.az xəbər verir ki, Sultanın kolleksiyanın gün işığına çıxarılmayan və az tanınan şəkillərini Yıldız Texniki Universitetinin professoru Mələk Özyetkin paylaşıb.

33 illik hökmranlığı dövründə II Əbdülhəmid üçün fotolar səltənətin ən vacib vasitələrindən biri olub. Sultan II Əbdülhəmid hər nə qədər özü obyektivin qarşısına keçməyi sevməsə də, diplomatiyanı belə xüsusi marağı olan fotolar vasitəsilə həyata keçirib. Dünya ilə münasibətlərin qurulması, dünyanı tanımaq üçün fotolardan istifadə edib.

“Romanın təsirinə düşdü”

Sultan “Təbəələrim necə yaşayır?” sualının cavabını həmişə fotolarda axtardı və xidmətçilərindən həyata dair şəkillər çəkilməsini istədi. Buna görə də kolleksiyasında “insan mənzərələri” geniş bir yer tutur.

Sultan II Əbdülhəmidin şəkillərə olan marağı sayəsində toplanılan kolleksiyasının həcmi 911 albomda 36585 fotodan ibarətdir.

“Sultan Əbdülhəmidin dedektiv romanlarına marağı olub. Romanlardan birində baş barmaq boğumunun, işarə barmağının boğumundan daha uzun olduğu zaman həmin şəxsin cani, qatil olmağa meyilli olduğuna dair bir məlumat əldə edir. Bununla çox maraqlanır, gözünə yuxu getmir. “Cinayətə görə həbsə düşənlərin əlləri görünəcək şəkildə fotolarını çəkib mənə göndərin” deyir. Kolleksiyasında cinayətkarların fotoları toplanan albomlar var. O fotolara baxıb ortaq bir nöqtə olub-olmadığını araşdırır. Fotolarla xarakter analizi aparmağa marağı olan bir şəxs idi. Hər hansı bir vəzifəyə kimisə təyin edəndə mütləq şəkillərinə baxırdı”, - professor bildirib.

“Qərbə mesaj”

Sultan fotoları dünyanı izləmək vasitəsi kimi də istifadə edir. Onun kolleksiyasında Amerika qəbilələrinin başçılarının fotoları belə olub. Bir qismini kiməsə çəkdirdib, bir qismini çəkmək üçün isə heyət göndərib. Sultanın bu marağını bilən məşhur fotoqraflar da ona albomlar hədiyyə ediblər. Albomlar ümumbəşəri dəyərə sahibdir. Ölkəsinin modernləşən üzünü göstərmək, Qərbə “Biz də beləyik, sizin kimiyik” mesajı vermək üçün 51 cilddən ibarət 1819 fotosu var”.

Tarix
2018.04.09 / 08:15
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla