Yuxarı

"Abşeron rəngləri" Tiflisdə - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Abşeron rəngləri" Tiflisdə - Foto

Gürcüstan paytaxtı Tiflisdə azərbaycanlı rəssam İntiqam Ağayevin rəsm əsərlərindən ibarət “Abşeronun rəngləri” adlı sərgi açılıb.

Kult.az xəbər verir ki, Tiflisdə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin “Akhundov House” Sərgi Qalereyasında təşkil olunan sərgidə rəssamın müxtəlif janrlarda çəkdiyi 20-dək rəsm əsəri nümayiş etdirilir.

Qalereyanın direktoru Arçil Bejanişvili sərgini açaraq Azərbaycanla Gürcüstan arasında mədəni əlaqələrin inkişafından danışıb, bu cür tədbirlərin təşkilinin münasibətlərimizin bütün sahələrdə inkişafına təkan verdiyini bildirib.

Sərginin təşkilatçısı, Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva bildirib ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Gürcüstan dövlətinin yaranmasının 100 illiyinə həsr olunub. Sərginin əsas məqsədi ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına dəstək verməkdir.

Sərginin açılışında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Gürcüstanın barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin Kvemo Kartli üzrə müşaviri Ayaz Məmmədov, hökumət üzvləri, incəsənət və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Pirosmani" Beynəlxalq Rəssamlar Assosiasiyasının vitse-prezidenti Əli İsayev azərbaycanlı rəssamı xüsusi diplomla təltif edib.

Rəssam İntiqam Ağayev sərginin təşkilatçılarına və göstərilən diqqətə görə minnətdarlıq edib.

Tarix
2018.05.18 / 21:15
Müəllif
Kult.az
Digər xəbərlər

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

Simonyan "rusları qəbul edə bilərik" dedi - Zaxarova qəzəbləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla