Yuxarı

Latviya rəssamından Qarabağ atları ilə bağlı sərgi - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 30-da Azərbaycan Mədəniyyət Nazirliyi, Latviyanın ölkəmizdəki səfirliyi və “AGA Group” şirkətinin dəstəyi ilə Muzey Mərkəzinin İncəsənət Qalereyasında Latviya rəssamı Datse Ştrausanın “Canlı miras” adlı sərgisi açılıb.

Kult.az xəbər verir ki, sərgi Azərbaycan Xalq Cümhuriyyətinin və Latviya Respublikasının yaradılmasının 100 illik yubileylərinə həsr olunub. Bu baxımdan, Latviya rəssamının azadlıq və nəcibliyin təcəssümü olan milli rəmzlərdən birini – Qarabağ atlarını sərginin mövzusu kimi seçməsi heç də təəccüblü deyil.

Tədbiri açan Latviyanın ölkəmizdəki səfiri Yuris Maklakovs sərgi salonuna toplaşanların diqqətinə çatdırıb ki, mədəniyyət sahəsində Azərbaycan və Latviya arasında sıx əlaqələr mövcuddur. O, Datse Ştrausanı fərdi sərgisinin açılması münasibətilə təbrik edib, rəssama uğurlar diləyib.

Mədəniyyət Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə qeyd edib ki, bu ekspozisiyanın əsas xüsusiyyəti onun tematikası ilə bağlıdır. Rəssam bu nəcib heyvanın obrazını böyük ustalıqla kətan üzərinə köçürüb, Qarabağ at cinslərini bütün ecazkarlığı ilə təsvir edib.

Datse Ştrausa göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və qonaqlara təşəkkür edib. Diqqətə çatdırıb ki, iki ildir Azərbaycanda yaşayır və ölkəmizi özünün ikinci vətəni hesab edir. Gəldiyi ilk gündən atlara olan sevgisi sayəsində atçılıqla məşğul olan insanlarla ünsiyyət qurub, Qarabağ at cinsinə xüsusi diqqətlə yanaşıb. Məhz bu maraq onun fırçasından çıxan gözəl rəsm əsərlərinin ilham qaynağı olub.

Qeyd edək ki, ekspozisiya 29 tablodan ibarətdir. Datse Ştrausa öz rəsmlərində bu güclü və əsrarəngiz heyvanların yaşaya biləcəyi hisslərin və emosiyaların zəngin çalarlarını əks etdirib. Elə bu səbəbdən onlar sənətsevərlərin böyük marağına səbəb olub.

Sərgi iyunun 4-dək davam edəcək.

Tarix
2018.05.30 / 19:49
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla