Yuxarı

Akademiya tələbələrinin rəsmləri gülüş doğurdu - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Akademiya tələbələrinin rəsmləri gülüş doğurdu - Foto

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qəbul imtahanının sınaq mərhələsində abituriyentlərin çəkdiyi və ən yüksək balla qiymətləndirilən rəsmlərin fotosu yayılıb.

Akademiyanın tələbələrindən birinin paylaşdığı şəkillər sosial şəbəkə istifadəçiləri arasında tənqid edilib. Qəbul imtahanının sınaq mərhələsindən keçən tələbələrin çəkdiyi bu şəkillər gülüş obyektinə çevrilib.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məsul katibi Rəsul Hüseynov bildirib ki, sosial şəbəkələrdə tənqid hədəfinə çevrilən rəsmlərdən xəbərsizdir.

Onun sözlərinə görə, müəllifləri tənqid etməzdən əvvəl düşünmək lazımdır ki, onlar hələ təhsilsiz və təcrübəsizdir:

“Sözügedən rəsmlərin Rəssamlıq Akademiyasına qabiliyyət imtahanı verən şəxslərin çəkməsi barədə bir söz deyə bilmərəm. Əgər doğrudan da rəsmlər Akademiyaya qəbul olmaq istəyən şəxslərin əl işidirsə, müəllifləri tənqid etməmişdən əvvəl onların təcrübəsizliyini də nəzərə almaq lazımdır”.

R.Hüseynov bildirib ki, çəkilən rəsmlərə verilən balların artıq və ya əskik olmasına ancaq komissiya toplanıb rəy verə bilər:

“Sözügedən rəsm əsərlərinə 80-90 yaşında peşəkar rəssamlar qiymət veriblərsə, burda nə var ki! Həmin şəxslər Akademiyaya məhz rəssamlıq sənətini öyrənmək üçün qəbul olunurlar. İlkin mərhələdə əl işlərinin zəif olması normaldır.

Ümumiyyətlə, Rəssamlıq Akademiyasına qabiliyyət imtahanına təqdim olunmuş rəsm əsərləri primitiv də ola bilər, yüksək səviyyədə də. Akademiyaya qəbul olunmaq üçün abituriyentlər minimum əl işlərindən 6 bal toplamalıdır. Akademiyaya qabiliyyət imtahanı 3 mərhələdə keçirilir. Abituriyentlər birinci mərhələdə qələmlə çəkilmiş rəsmlər, ikinci mərhələdə natürmot, ya portret, üçüncü mərhələdə isə təsəvvürünə uyğun kompozisiya yaratmalıdırlar”.

Xatırladaq ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası akademiyada təhsil almaq şansı qazanan tələbələrin əl işlərini universietin rəsmi saytında yerləşdirir.

Tarix
2018.08.27 / 13:42
Müəllif
Nigar, Billurə
Digər xəbərlər

Nazirlər Kabinetindən mühüm qərar

Saakaşvilidən ermənilərə müraciət: Ona səs verin!

AB və Azərbaycan bu sənədin layihəsini razılaşdırdı - XİN

Deputat Bakı Enerji Həftəsinin əhəmiyyətindən danışdı

Türkiyədə ermənilərlə görüş: Bakı ilə münasibətləri sarsıtmaq...

Keçmiş məcburi köçkünlərlə bağlı dəyişiklik: nələr olacaq?

Bakılı qadın Rusiyada nazir postuna gətirildi

Azərbaycan “kənd mübadiləsinə” getməyəcək – Səbəb

Azərbaycan Rusiya və İranla buna dair razılıq əldə etdi

Gəncəvinin büstünün üstü bağlandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla