Yuxarı

Leninin portreti milyonlara satıldı – Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leninin portreti milyonlara satıldı – Foto

Rəssam Endi Uorholun müəllifi olduğu bir sıra portretlər ABŞ-ın Sozbay hərracında satışa çıxarılıb.

Axar.az xəbər verir ki, ötən həftə keçirilən hərraclarda Sovet İmperiyasının qurucusu Vladimir Leninin portreti 4,7 milyon dollara satılıb.

Uorholun digər əsərləri hərracda bir az ucuz qiymətləndirilib. Məsələn, Jaklin Kennedinin portreti bir milyon dollara satılıb. "Buro247"-nin məlumatına görə, bu portret ABŞ-ın 35-ci prezidenti Con Kennedinin ölümündən sonra çəkilib. Əsər ABŞ, Yaponiya və Böyük Britaniyada böyük qalereyalarda sərgilənib. Onun daha bir işi - Merilin Monronun rəsmi ilə məşhur ipək qrafik əsər 2,3 milyon dollara satılıb.

Hərracda çinli rəssam Ay Veyveyin Grapes adlı heykəli də sərgilənib. Bu, öz aralarında birləşərək, sfera yaradan 32 taxta taburetdən ibarət kompozisiyadır. Bu art-layihəni 675 min dollara alıblar.

Qeyd edək ki, Uorhol müasir incəsənət "kommersiya pop-artı" adlandırılan istiqamətin əsasını qoyub. Həm rəssam, həm də fotoqraf kimi o, bir çox məşhurlarla çalışıb. Ona Elizabet Teylor, Cim Morrison, Mik Caqqer və Elvis Presli, eləcə də Mao Tszedun, Rikard Nikson və Con Kennedi kimi şəxslərin tanınan pop-art portretləri məxsusdur.

Tarix
2015.10.20 / 01:15
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Hikmət Hacıyevin “vətən xaini” sözünə "hücum" başladı - Video

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla