Yuxarı

Bakıda gürcü rəssamlarının sərgisi açıldı – Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda gürcü rəssamlarının sərgisi açıldı – Foto

Azərbaycan Milli İncəsənət Muzeyində gürcü rəssamları – Gürcüstan Rəssamlıq Akademiyasının rektoru akademik Qiya Ququşvili və professor Ketevan Matabellinin fərdi sərgisi açılıb.

Axar.az xəbər verir ki, açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, muzeyin direktoru, əməkdar İncəsənət Xadimi, professor Çingiz Fərzəliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq Rəssamı Fərhad Xəlilov, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq Yazıçısı Çingiz Abdullayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak ediblər.

Tədbirdə Gürcüstan Rəssamlıq Akademiyanın rektoru, habelə Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü Valeri Asatiani Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru adı verilməsi haqqında diplomlar, habelə Mədəniyyət və Turizm Nazirliyinin təşəkkürnamələri təqdim olunub.

Qeyd edək ki, sərgi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyi tərəfindən təşkil edilib.

Tarix
2015.11.16 / 13:48
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla