Yuxarı

Türkiyədə parka şairimizin adı veriləcək - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə parka şairimizin adı veriləcək - Foto

Türkiyənin Quşadası bölgəsində beynəlxalq rəsm festivalı keçirilib.

Axar.az xəbər verir ki, festivalda 20 ölkədən 46 rəssam iştirak edib. "Savaşa inad" adlı festivalda ölkəmizi 7 nəfərlik qrup təmsil edib. Festivalın azərbaycanlı təmsilçisi rəssam Nəvai Mətin UASB-nin özəl qələmi və döş nişanı ilə mükafatlandırılıb. Nəvai Mətin çıxışında festival təşkilatçılarına təşəkkürünü bildirib:

"Bu festival da əvvəl keçirilən festivallar kimi yaddaqalan oldu. Festival ərəfəsində maraqlı hadisələr də oldu. Məsələn, İsraildən və Fələstindən gələn sənətçilərin iştirakçılar qarşısında əl tutmaları, simvolik barışıq elan etmələri təbii ki, çox maraqlı idi. Bələdiyyə başqanı Özər Kayalı ilə görüşümüz oldu. Özər bəydən mərhum şairimiz, dostum Akif Səmədin adını əbədiləşdirmək üçün Quşadasında onun adına bir küçə verilməsini xahiş etdim. Özər bəy xahişimi nəzərə alaraq küçəyə deyil, bir kültür parkına şair Akif Səmədin adının veriləcəyini vəd etdi. Bu, təbii ki, bizi sevindirən hadisə idi".

Qeyd edək ki, festival Quşadası bələdiyyəsinin, "Belmare" otelinin dəstəyi və UASB-nin təşkilatçılığı ilə keçirilib.

Tarix
2015.12.20 / 01:00
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla