Yuxarı

Məhv olan heyrətamiz əsərlər - Foto

Ana səhifə Kult Rəsm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhv olan heyrətamiz əsərlər - Foto

Sənət aləminə bəlli olan bəzi əsərlərin orijinal variantı ya itib, ya da məhv olub.

Axar.az bu siyahıdan olan ən möhtəşəm rəsm əsərlərini təqdim edir:

"Nilufərlər" tablosu

Klod Monenin 1883-cü ildə ərsəyə gətirdiyi "Nilufərlər" adlı bu tablo 15 aprel 1958-ci ildə Nyu Yorkun Modern Sənət Muzeyindəki yanğın nəticəsində məhv olub.

Qustav Klimtin tabloları

Qadın formalı şəkillər çəkən simvolist rəssam Qustav Klimtin 14 tablosu 1943-cü ildə qorunmaq məqsədi ilə Skloss İmmerdorf muzeyinə göndərilib. 1945-ci ildə nasistlər muzeyi yandırıb və 14 qiymətli tablo bu yanğında kül olub.

"Leda və qu" tablosu

Dahi rəssam Mikelancelo bu əsəri1530-cu ildə yaradıb. Sonra boyaması üçün dostu və şagirdi olan Antonio Miniyə - Fransaya göndərib. Antonio Mininin bu tablonu satdığı zənn edilir. Ancaq tablonun başına nə gəldiyi bilinmir.

"Rəssam"

Məşhur rəssam Pikassonun 1963-cü ildə yaratdığı bu əsərinin olduğu təyyarə 2 aprel 1998-ci ildə uçuş zamanı okeana düşüb. Təyyarənin 98 faizinin suyun üstündə qalmasına rəğmən, tablo qəza nəticəsində yox olub.

"Rodos nəhəngi" heykəli

Bu, eramızdan əvvəl 292-280 illərdə Rodos adasında hazırlanan Yunan tanrısı Heliosun nəhəng bir heykəlidir. Rodosda meydana gələn zəlzələ nəticəsində dənizdə batıb.

"İşə gedən rəssam"

Vinsent Van Qoqun ərsəyə gətirdiyi əsərlərdən biridir. 1888-ci ildə yaratdığı bu tablo II Dünya Müharibəsindən əvvəl Kayzer-Fridrix muzeyində idi. Muzeydə baş verən yanğın nəticəsində məhv olub.

Tarix
2016.01.15 / 08:15
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

Liderlər Bişkekdə toplanır - Əliyev də var

Zaxarova Paşinyana: Sizi müdafiə etməyə gəlirdik, Qarabağı...

Türkiyənin Naxçıvandakı konsulundan Zəngəzur açıqlaması

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla