Yuxarı

Şəkər xəstələri hansı meyvələri yeyə bilər?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkər xəstələri hansı meyvələri yeyə bilər?

Şəkərli diabet xəstəliyindən əziyyət çəkən adamlar sağlam adamlar kimi istədikləri meyvəni istədiyi qədər yeyə bilməz.

Axar.az immunitet.az-a istinadən xəbər verir ki, bəzi meyvələrin tərkibinin zülal, karbohidrat və şəkərlə zəngin olması onu diabet xəstələri üçün əlçatmaz edir. Bu meyvələri normadan artıq yemək qanda şəkərin miqdarını artırır.

Buna görə də şəkərli diabet xəstələri hansı meyvədən, hansı miqdarda yediklərinə diqqət yetirməlidirlər. Tərkibində ən çox şəkər olan meyvələr aşağıdakılardır:

* yemiş
* qarpız
* üzüm
* çiyələk
* böyürtkən
* qreyfurt
* ərik
* şaftalı
* portağal
* şirin armud.

Bu meyvələrin az miqdarda qəbulu qanda şəkərin miqdarını artırmır, buna görə də yeyilən meyvənin növünə deyil, onun nə qədər yeyiləcəyinə diqqət yetirmək lazımdır.

Bəzi meyvələrin tərkibində olan karbohidratın miqdarı :

* 1 orta ölçüdə alma - 100
* 3 ədəd ərik - 100
* 12 ədəd gilas - 75
* 14 ədəd albalı - 80
* 1 ədəd potağal - 100
* 1 ədəd mandarin - 100
* 1 ədəd şaftalı - 100
* 1 ədəd armud - 100
* 1 ədəd heyva - 80
* 1 ədəd nar - 80
* 12 ədəd çiyələk - 175
* 1/2 stəkan tut - 50
* 1 ədəd kivi - 120
* 1/2 stəkan böyürtkən - 75
* 1 kiçik əncir - 50
* 12 iri üzüm - 80
* 1/8 orta boy yemiş - 200
* 1/8 orta boy qarpız - 200.

Tarix
2016.07.07 / 21:08
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev İordaniya nümayəndə heyəti ilə görüşdü

Yeni böhran: Polşa və Ukrayna düşmənə çevrilir?

Köçəryan Azərbaycana verilir? - Şərh

Bu şəxslərin hüquqları kobud şəkildə pozulub - XİN

İtaliya səfirliyi Bakıdan Tehrana qaytarıldı

İordaniya Nümayəndələr Palatasının sədri Bakıdadır

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla