Yuxarı

Qarpız zəhərlənməsinin əsl səbəbi nədir?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarpız zəhərlənməsinin əsl səbəbi nədir?

Bir çox hallarda zəhərlənmə hadisəsinin hansı qidadan yarandığı aydınlaşdırılmadan bunun qarpızdan baş verdiyi deyilir.

Bunu Report-a açıqlamasında Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida gigiyenası şöbəsinin müdiri İmran Abdullayev bildirib.

Onun sözlərinə görə, insanın qarpızdan zəhərləndiyini düşünməsi bunun həqiqətən də həmin giləmeyvədən baş verməsi demək deyil:

"Bir çox hallarda mədə-bağırsaq sisteminin pozulması problemi ilə xəstəxanaya müraciət edən şəxs digər qidaları nəzərə almadan qarpız qəbul etdiyini deyir. Qarpız isə onun son yediyi qida ola bilər. Axı bir insan gün ərzində tək qarpızla qidalanmır. Xəstələr qəbul etdikləri digər qidaların adlarını çəkmirlər. Bəzən qarpızdan zəhərləndiyini deyən insanın vəziyyəti araşdırılanda problemin əslində ondan əvvəl qəbul edilən köhnə qidalardan olduğu aydınlaşır. Qarpızın qəbulu isə sadəcə zəhərlənmə prosesini sürətləndirir. Qarpızın qəbulu zamanı mədə və bağırsaqlarda maye artır. Bu da həzm orqanlarında olan faydalı qidalarla yanaşı, zərərli bakteriyaların sovrulmasını da sürətləndirir. Ona görə də bir çox hallarda problem qarpızdan sonra yaranır".

Şöbə müdiri deyib ki, bakterial mənşəli zəhərlənmələr qarpızdan baş verə bilməz:

"Qarpızda bakteriya yoxdur. Prosesdə başqa faktorların olduğunu nəzərə almaq vacibdir. Bəzən insanlar qarpızın bir hissəsini yedikdən sonra digər yarısını soyuducuya qoyurlar. Başqa qidalar qəbul etdikdən sonra onun üzərindən soyuq qarpızı yeyirlər. Bu da nəticə etibarilə ishal yaradır. Deməli, burada problem qarpızda deyil, insanların qida rasionuna düzgün əməl etməməsindədir".

Tarix
2016.07.26 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna müharibəsi ilə bağlı kədərli proqnoz açıqlandı

AP ilə bağlı bəyanat qəbul ediləcək: Komissiya yaradıldı

Milli Məclisin iclası başladı

AB səfiri XİN-ə çağırıldı: nota təqdim edildi

ABŞ 48 saatda 30 təyyarə göndərdi: Hücum başlayır

Azərbaycanda idman siyasəti bu strategiyaya əsaslanır

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Azərbaycandan sonra ən vacib səfərim... - Vuçiç

Türkiyədə qalan azərbaycanlılar üçün üzücü xəbər

İlham Əliyevdən Avropa çempionları ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla