Yuxarı

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

Gecə yuxuya getməkdə çətinlik çəkirsinizsə, bəlkə də səbəbi mətbəxdə tapmaq olar.

Axar.az Milli.Az-a istinadən xəbər verir ki, "The Journal of the National Sleep Foundation" jurnalında dərc edilən araşdırmaya əsasən, hər gün meyvə, tərəvəz və tam taxıl məhsulları yeyən insanların yuxu keyfiyyəti növbəti gecə 16 faiz yaxşılaşır. Bu dəyişiklik sadəcə bir günlük qidalanmadan sonra belə hiss olunur.

Tədqiqatçılar bildirirlər ki, meyvə və tərəvəzlər bədəni vitamin, mineral və antioksidantlarla təmin edir, sinir sistemini sakitləşdirir və orqanizmin balansını qoruyur. Gündə beş porsiya meyvə-tərəvəz qəbulu yuxunun daha dərin və fasiləsiz olmasına şərait yaradır.

Həkimlərin fikrincə maqnezium və kalium kimi minerallar da rahat yuxu üçün vacibdir. Maqnezium əzələləri boşaldır, kalium isə bədəndə maye balansını tənzimləyir. İspanaq, banan, avokado, yulaf və badam bu minerallarla zəngin qidalardandır.

Mütəxəssislər həmçinin gün ərzində kifayət qədər su içməyin vacibliyini vurğulayırlar. Beləliklə, bəzən dərin və rahat yuxu üçün sadəcə bir qab salatla bir stəkan su bəs edir.

Tarix
2025.11.10 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla