Yuxarı

Təzə çəkilmiş şirə içmək üçün bəzi nüanslar

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təzə çəkilmiş şirə içmək üçün bəzi nüanslar

Alıcı ərzaq mağazası və ya supermarketin piştaxtalarında müxtəlif istehsalçıların hazırladığı meyvə-tərəvəz şirələrini görür. Bu şirələrin istehsal prosesi barədə yetərincə məlumatı olmadığına görə istehlakçıda onların faydalılığına dair şübhələr yarana bilər. Bunun üçün şirəçəkən alıb şirəni ev şəraitində çəkmək məsləhət görülür. Amma təzə çəkilmiş şirə içmək üçün bəzi nüansları bilmək lazımdır.

Axar.az xəbər verir ki, meyvə şirələrinin əsas faydalı xüsusiyyətləri onların tərkibindən asılıdır. Məsələn, portağal şirəsi immun sisteminə müsbət təsir edən askorbin turşusu ilə zəngindir, kök şirəsinin tərkibində insanın görmə qabiliyyətini yaxşılaşdıran retinol var. Həmçinin təzə şirələrdən necə istifadə etməyi, onları hansı müddətədək saxlamağı bilmək lazımdır ki, maksimum fayda gətirsin və insan sağlamlığına heç bir ziyan vurmasın.

Təzə şirələri xüsusi borucuqlarla içmək lazımdır, çünki onların çoxu diş minasına mənfi təsir göstərir. Şəkərli diabetdən əziyyət çəkən insanlara meyvə şirəsi içmək məsləhət görülmür. Təzə şirələrin işlətmə təsiri var, buna görə də onları su ilə qarışdırmaq lazımdır. Şirəni alma, limon, portağaldan sıxmaq olar. Onlar turşuluğu artırır, buna görə də mədə iltihabından və ya mədə xorasından əziyyət çəkən insanlara məsləhət görülmür. Bunu da xatırladaq ki, təzə şirələr güclü allergen ola bilər. Odur ki, içməzdən əvvəl bu və ya digər şirəyə allergik reaksiyasının olub-olmadığını aydınlaşdırmaq lazımdır.

Şirə çəkilən kimi içilməlidir. Onun tərkibində mağazada satılan şirələr kimi konservantlar yoxdur, buna görə də tez xarab olur. Korlanmış şirəni içmək sağlamlığa ziyandır, çünki onun tərkibində zəhərli maddələrin, yaxud patogen mikroorqanizmlərin yaranması mümkündür. Təzə çəkilən şirəni saxlamaq lazımdırsa, hava ilə reaksiyaya girməməsi üçün qabının ağzı möhkəm qapadılmalıdır. Sonra onu buzxanaya qoymaq tövsiyə olunur.

Tarix
2016.08.10 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla