Yuxarı

Bayram gecəsi hər evə alınır, lakin risklidir - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayram gecəsi hər evə alınır, lakin risklidir - Xəbərdarlıq

Şampan az spirtli içki sayılsa da, bəzi insanlar üçün ciddi sağlamlıq riskləri yarada bilər.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, bu sözləri qastroenteroloq Svetlana Mingazova deyib.

Onun sözlərinə görə xüsusilə həzm sistemi xəstəlikləri olan şəxslər şampandan uzaq durmalıdır. Mədə xorası zamanı az miqdarda alkoqol belə mədə şirəsinin ifrazını artırır, mədənin selikli qişasını qıcıqlandırır və sağalmanı ləngidir. Xroniki qastriti olan insanlarda isə 1 qədəh şampan belə xəstəliyin kəskinləşməsinə səbəb ola bilər.

Həssas bağırsaq sindromu olanlarda şampan ağrı və spazmlar yarada bilər. Həkim bunu içkidəki qaz və yüksək turşuluqla əlaqələndirib. Qeyri-spesifik xoralı kolit və Kron xəstəliyi zamanı isə alkoqol iltihabı gücləndirərək vəziyyəti daha da pisləşdirə bilər:

"Şampanın tərkibindəki şəkər də əlavə risk yaradır. Bu içki qanda şəkərin səviyyəsini sürətlə yüksəldə bilər. Buna görə diabeti və insulinə davamlılığı olan insanlara şampan tövsiyə edilmir".

Həkim pankreatit və öd daşı xəstəliyi olanlar üçün də xəbərdarlıq edib. Onun sözlərinə görə, şampan mədəaltı vəzi qıcıqlandırır və ağrıları gücləndirə bilər. Qaraciyər və böyrək xəstəlikləri, allergiyaya meyillilik zamanı da bu içkidən çəkinmək lazımdır.

Ekspert qeyd edib ki, çoxlu qaz səbəbindən şampan sağlam insanlarda belə ağır başağrısına və halsızlığa yol aça bilər. Miqreni olan və alkoqolu çətin qəbul edən şəxslərə isə şampanı bayram menyusundan tam çıxarmaq məsləhət görülür.

Tarix
2025.12.30 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla