Yuxarı

Nazirlikdən mövsümi qriplə bağlı daha bir xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirlikdən mövsümi qriplə bağlı daha bir xəbərdarlıq

Hazırda mövsümi kəskin respirator virusların artması, qrip və digər infeksiyaların ağır keçməsi, insanların gec həkimə müraciət etməsi, zəifləmiş immunitet pnevmoniyanın yaranma səbəbləri ola bilər.

Axar.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, insanların qapalı və zəif havalandırılan məkanlarda cəmləşməsi, hava-damcı yolu ilə ötürülən infeksiyaların əhali arasında yayılma sürətini nisbətən artırır:

“İnfeksiyanın yayılma arealını məhdudlaşdırmaq üçün sanitariya qaydalarına riayət olunması və kollektiv immunitetin qorunması böyük əhəmiyyət kəsb edir. Xüsusilə, risk qrupuna daxil olan şəxslərin kütləvi toplaşma yerlərindən uzaq durması tövsiyə olunur.

Xəstəliyin ilk klinik əlamətləri olan şəxslərin izolyasiyası, zəncirvarı yoluxma hallarının qarşısının alınmasında ən effektiv rol oynayır. Respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət nəzarət altındadır”.

Tarix
2026.01.07 / 09:47
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla