Azərbaycanda yalnız bir neçə özəl tibb müəssisəsinin
antenatal qulluq göstərmək hüququ var.
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri,
Respublika Perinatal Mərkəzin (RPM) direktoru Sevinc Məmmədova
APA-a bildirib ki, bu özəl tibb müəssisələrinin
özlərinin doğuşayardım stasionar xidməti olduğundan onlar hamilə
qadını lazım olduqda hospitalizasiya edib, yardım göstərə
bilirlər:
"Lakin çox təəssüf ki, əksər özəl tibb müəssisələri bu xidməti
göstərməyə lisenziyası olmadığını gizlədir və hamilənin durumu
ağırlaşdıqda özəl müəssisələrin həkimləri onlara dövlət
xəstəxanalarına müraciət etməyi tövsiyə edir".
S. Məmmədova qeyd edib ki, Səhiyyə Nazirliyinin 21 nömrəli
əmrinə uyğun olaraq özəl tibb müəssisələri ilə ərazi qadın
məsləhətxanaları arasında əlaqəli iş qurulmalıdır:
"Bu işlərin yerinə yetirilməsinə nəzarət Səhiyyə Nazirliyinin
müəyyən rəsmi qurumlarına həvalə edilib".