Yuxarı

Alimlər hafizəni yaxşılaşdıran təbii vasitələr aşkarladı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimlər hafizəni yaxşılaşdıran təbii vasitələr aşkarladı

Britaniyalı alimlər müəyyən ediblər ki, paçuli, qreypfrut və kardamonun efir yağlarının inhalasiyası sağlam insanlarda yaddaş və diqqəti yaxşılaşdırır.

Axar.az Unikal.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri “Human Psychopharmacology (HPP): Clinical and Experimental” jurnalında dərc olunub.

Eksperi mentdə 90 könüllü iştirak edib və onlar üç qrupa bölünüblər: birinci qrup efir yağlarının kombinə olunmuş qoxusu olan məkanda koqnitiv tapşırıqları yerinə yetirib, ikinci qrup yaddaşa müsbət təsiri ilə tanınan adaçayı qoxusu olan mühitdə testdən keçib. Üçüncü qrup isə təmizlənmiş hava olan otaqda sınaqdan keçirilib.

İştirakçılar qoxuların tədqiqatın bir hissəsi olduğunu bilməyiblər. Nəticələr göstərib ki, üçüncü qrupun iştirakçıları işçi yaddaşın idarə olunması, sözlərin yadda saxlanması və mürəkkəb hesablamalar baxımından daha yaxşı nəticələr əldə ediblər.

Test başa çatdıqdan sonra iştirakçılar həmçinin daha aşağı yorğunluq səviyyəsi hiss etdiklərini bildiriblər. Yaxın infraqırmızı spektroskopiya üsulu ilə aparılan beyin qan axını ölçmələri beynin metabolik aktivliyinin artdığını göstərib və bu təsir təkcə adaçayının təsirini üstələyib.

Qarışığın tərkibinə paçuli, neroli, qreypfrut, kardamon, ladan, nard, rozmarin və limonotu efir yağları daxil olub. Qeyd edilir ki, bu yağların hər biri əvvəllər diqqətin artması və ya emosional vəziyyətin dəyişməsi ilə əlaqələndirilib, lakin məhz onların kombinasiyası ən ifadəli təsiri verib.

Tarix
2026.02.03 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla