Yuxarı

Çips paketlərində qurdlar olur? - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çips paketlərində qurdlar olur? - Video

Sosial şəbəkələrdə tez-tez rast gəlinən videolarda bəzi vətəndaşlar çips paketini açdıqdan sonra içindən qurd çıxdığını iddia edirlər. Hətta bəzi görüntülərdə məhsul mikroskop altında göstərilərək tərkibində canlı orqanizmin olduğu fikri irəli sürülür.

Axar.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Bəs bu iddialar nə dərəcədə reallığı əks etdirir?

Qida üzrə ekspert Seymur Qafarov qeyd edir ki, belə hadisələrin baş verməsi qablaşdırma materialının tamlığının pozulması ilə əlaqəli ola bilər:

"Ümumiyyətlə, emal prosesindən sonra soyudulan məhsulların dolum zamanı içərisinə fiziki çirklənmə daxil ola bilər. Həmçinin hər hansı bir qurdun emaldan keçmiş məhsulun üzərində sürfəsi ola bilər. Bu zaman paketləmə bağlandıqdan sonra orada inkişaf edə bilər. Paketlənmiş məhsuldan həşərat çıxa bilər ki, bu da fiziki çirklənmə meyarına daxildir. Mikroskop altında çips dilimini müşahidə etdikdə isə orada mikrobioloji çirklənmə əlamətləri də görünə bilər".

Mütəxəssislər deyirlər ki, çips kimi qablaşdırılmış qida məhsullarında belə halların baş verməsi əsasən saxlanma şəraiti və gigiyenik normaların pozulması ilə bağlı ola bilər. Bu səbəbdən istehlakçılara tövsiyə olunur ki, məhsulun saxlanma şəraitinə və istifadə müddətinə xüsusi diqqət yetirsinlər. Qida sahəsində şübhəli və xoşagəlməz hallarla qarşılaşdıqda isə vətəndaşlar həmin məhsulu istehlak etməməli və bunu təsdiq edən faktlarla birlikdə aidiyyəti quruma müraciət etməlidirlər.

Tarix
2026.02.18 / 00:58
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla