Yuxarı

Darçın və sarıkökün təhlükəsi barədə - Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Darçın və sarıkökün təhlükəsi barədə - Xəbərdarlıq

Darçın və zərdəçal sağlamlıq üçün son dərəcə faydalı hesab olunur. Darçının faydası qan şəkərinin səviyyəsinin aşağı olması ilə əlaqələndirilir və zərdəçalın əsas komponenti olan kurkumin iltihabla mübarizə aparan güclü bir antioksidant kimi tanınır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Olesya Lukaşenkova ədviyyatların, xüsusən də düzgün istifadə edilmədikdə təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

Darçının potensial təhlükələrindən danışan həkim qeyd edib ki, mağazalarda adətən müəyyən bir ağacın qabığından hazırlanmış ucuz bir məhsul satılır. Bu darçın növü "kassia" kimi tanınır.

Lukaşenkova vurğulayıb ki, kassiya qabığı ədviyyatı yüksək dozada qəbul etmək təhlükəlidir:

"Ədviyyatın tərkibində darçına xarakterik acı-şirin ətri verən kumarin var. Uzun müddət ərzində yüksək dozada kumarin qəbul edildikdə qaraciyərə zəhərli təsir göstərə bilər. Gündə bir çay qaşığından çox kassiya qabığı ədviyyatı qəbul etməkdən çəkinin”.

Həmçinin, mütəxəssisin sözlərinə görə, bəzi hallarda orqanizm həssaslıq səbəbindən kumara kəskin reaksiya verə bilər və bu da baş ağrılarına, dəri problemlərinə və qarın ağrısı, ürəkbulanma və ürək yanması da daxil olmaqla, mədə-bağırsaq problemlərinə səbəb ola bilər.

Zərdəçal uşaqlıq yığılmalarını stimullaşdırmaq qabiliyyətinə görə hamilə qadınlar üçün təhlükəlidir.

Həkim aspirin tərkibli məşhur baş ağrısı dərmanının təhlükələri barədə xəbərdarlıq edib:

"Zərdəçal kəskin və xroniki hepatit, mədə və onikibarmaq bağırsağın xorası olan insanlar üçün tövsiyə edilmir".

Həkim həmçinin muskat və zirə istifadə edərkən ehtiyatlı olmağı məsləhət görüb.

Tarix
2026.02.22 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin mühafizəçiləri ilə bağlı videonun təhlili...

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Milli Məclis bu MMC ilə 2 milyonluq müqavilə bağlayıb?

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla