Yuxarı

Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda böyrək xəstələrinin sayı niyə çoxalıb? - Video

Böyrək xəstələrinin sayı ilbəil artır. Hətta onların arasında yeni doğulmuş və yetkinlik yaşına çatmayan uşaqlar da var. 2011-ci ildən bu günə qədər 56 uşağa böyrək köçürmə əməliyyatı həyata keçirilib. Bunlardan ən kiçiyinin 4 yaşı var.

Axar.az Xəzər TV-yə istinadən bildirir ki, Səhiyyə Nazirliyinin mütəxəssisi, həkim nefroloq Hikmət İsmayılovun sözlərinə görə, son illərdə xroniki böyrək xəstəliklərinin gəniş yayılması mütəxəssisləri narahat edir.

Böyrək xəstəliyinin yaranmasında ilk sırada şəkərli diabet əsas yer tutur. Bundan başqa bir sıra xəstəliklər də var ki, böyrəyin funksiyasının zəifləməsinə gətirib çıxarır. Bu xəstəliklərdən əziyyət çəkənlər risk qrupuna daxildirlər.

Hikmət İsmayılov bildirib ki, xroniki böyrək xəstəliyinin törədici səbəbindən, mərhələsindən və inkişaf dərəcəsindən asılı olaraq bəzən xəstədə heç bir şikayət müşahidə olunmaya bilər. Bununla yanaşı, böyrək nahiyəsində ağrılar, tez yorulma, halsızlıq, iştahasızlıq, ödemlər, yüksək arterial təzyiq, ürəkbulanma və qusma kimi əlamətlər də müşahidə oluna bilər. Eyni zamanda narahat ayaqlar sindromu, qaşınma, əzələ qıcolmaları kimi şikayətlər də mümkündür.

Daha ətraflı videomaterialı təqdim edirik.

Tarix
2026.03.25 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla