Yuxarı

Artrit ağırlaşmasını yüngülləşdirən 2 qida...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artrit ağırlaşmasını yüngülləşdirən 2 qida...

Qaragilə və ispanaq artrit simptomlarını yüngülləşdirə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, terapevt, tibb elmləri doktoru İrina Andreyeva digər xəstəliklərdə olduğu kimi, pəhrizin artritin təsirlərini azaltmağın yolu olduğunu açıqlayıb.

Qeyd olunub ki, revmatoid artrit osteoartritdən sonra ikinci ən çox yayılmış artrit formasıdır. Adətən oynaq zədələnməsinin bir formasından qaynaqlanan osteoartritdən fərqli olaraq, revmatoid artrit otoimmun xəstəlikdir. Bu, immun sistemi səhvən oynaqları örtən hüceyrələrə hücum etdikdə baş verir. Nəticədə oynaqlar şişir, sərtləşir və ağrılı olur.

"Yeni bir araşdırmada iştirakçıların 24%-i qidanın artritlərinə təsir etdiyini bildirib, 15%-i yaxşılaşma, 19%-i isə pisləşmə barədə məlumat verib. Onların dörddə biri də artritlərini "pisləşdirdikləri" üçün qidalardan fəal şəkildə qaçındıqlarını bildirib.

Ən çox simptomları yaxşılaşdıran iki qida qaragilə və ispanaq olub, şəkərli qazlı içkilər və desertlər isə RA simptomlarını ən çox pisləşdirib", - İ.Andreyeva deyib.

Artritin ümumi simptomlarına bunlar daxildir:

- Oynaq ağrısı, həssaslıq və sərtlik;

- Oynaqlarda və ətrafında iltihab;

- Oynaq hərəkətinin məhdudlaşması;

- Təsirə məruz qalan oynağın üzərində isti, qırmızı dəri;

- Əzələ zəifliyi və arıqlama.

Tarix
2026.03.31 / 02:11
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla