Təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə
vahid elektron sistem yaradılacaq.
Bu barədə fins.az-a məlumat verən Bakı şəhəri təcili və
təxirəsalınmaz yardım stansiyasının baş həkimi Rauf Nağıyev
bildirib ki, aktiv naviqasiya sistemin formalaşması ilə bağlı
proqram hazırlanıb.
Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə
kartı yaradılacaq. Kartda müraciət edən şəxsin həmin an yerləşdiyi
məkan dəqiq göstəriləcək. Bu da əlavə suallara yer qoymur.
Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət
edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə
üsulları və digər in formasiyalar toplanacaq. Həmin məlumatlar
əsasən, poliklinikalardan alınacaq. Məlumatlardan dərhal
yararlanmaq üçün həkimlərə planşetlər veriləcək. Yeni naviqasiya
sistemi həm də həkimlərin işinə nəzarət etməyə imkan verəcək.
Həkim yolda olanda sizi tanıyacaq
R.Nağıyevin sözlərinə görə, yardım almaq üçün təcili tibbi
yardım stansiyasına zəng edən şəxsin elektron sistemdəki
məlumatları dərhal həkimin planşetinə ötürüləcək. "Həmin
informasiyalar əsasında artıq həkim hətta yolda olarkən xəstə ilə
bağlı qərar qəbul edə biləcək. Bu, vaxt itkisinin qarşını almağa və
keyfiyyətli təcili tibbi yardım göstərməyə imkan verəcək".
Baş həkim bildirib ki, yeni naviqasiya sistemini işə salmaq üçün
Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət olunub. Bununla bağlı
xüsusi razılıq alındıqdan sonra sistem qurulmağa başlayacaq. Yeni
elektron sistem icbari tibbi sığortanın tətbiqini də
asanlaşdıracaq. Belə ki, həmin baza məlumatları əsasında Nazirlər
Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
müqaviləsi olacaq Təcili Tibbi Yardım stansiyalarından
göstərdikləri xidmətlər barədə bu proqram vasitəsilə Agentliyə
məlumat veriləcək. Nəticədə göstərilən tibbi xidmətlər təhlil
olunacaq və həmin məlumatlar əsasında tibbi xidmət təchizatçılarına
ödənişlər ediləcək.
Təcili Tibbi yarım ödənişli olacaq
R.Nağıyev yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin
azalacağına ümid edir. "Gün ərzində təcili yardıma 2 minə yaxın
müraciət daxil olur. Onların ancqaq 40 faizi bizə aiddir. 60 faiz
hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə
lazım olduğu üzə çıxır. Onlar əslin də polikliniya və
xəsətəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da
əlavə vaxt və vəsait itkisinə səbəb olur".
Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan
çağırışların pullu olacağını deyir: "İndi bir nəfərə təcili tibbi
yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab
edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul
ödəməlidir".
Elektron sağlamlıq kartlarının bəxti açılır
Yeni naviqasiya sisteminin və icbari tibbi sığortanın fəaliyyətə
başlaması ilə elektron sağlamlıq kartlarının işə düşməsi də
gözlənilir. 2007-ci ildən əsasən, yenidoğulan uşaqlara və 2000-ci
illərdə doğulanlara verilən elektron kartla indiyədək istifadə
olunmayıb. Səhiyyə Nazirliyindən fins.az-ın sorğusuna cavab olaraq
bildiriblər ki, indiyə qədər təxminən 1 200 000 ədəd kart
paylanılıb. Ancaq onlarda nə qədərinin real olaraq istifadə olu
nması barədə suala cavab verilməyib.
Təcrübə göstərir ki, kifayət qədər dövlət vəsaiti sərf edilən
həmin kartlar istifadəsiz qalıb. Halbuki, sağlamlıq kartlarını
elektron hökümət portalı vasitəsi ilə oradakı məlumatları istənilən
səhiyyə müəssisəsində əldə etmək olar. Kartda vətəndaşın .əxsi,
tibbi müayinə,müalicə, peyvənd, qəbul etdiyi dərmanlar və s. barədə
məlumatlar toplanıb. Gələcəkdə isə sığorta məlumatlarının da oraya
daxil edilməsi nəzərdə tutulur.