Yuxarı

Çiyələklərin ömrünü uzatmağın sirri budur

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çiyələklərin ömrünü uzatmağın sirri budur

Çiyələk mövsümünün başlaması ilə süfrələrimizə təzə və ləzzətli meyvələr gətirmək istəyənlər üçün vacib bir xəbərdarlıq edilib. Mütəxəssislər bildirirlər ki, çiyələklər düzgün təmizlənməsə, dadını itirə bilər və xarab olma riski artır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, çiyələklərin təravətini və dadını qorumaq istəyənlər üçün mütəxəssislərdən vacib təmizlik tövsiyələri gəlb.

Qeyd olunub ki, meyvələr düzgün yuyulmasa, tez xarab ola və dadını itirə bilər.

Mütəxəssislər həmçinin çiyələkləri istehlakdan dərhal əvvəl yumağı məsləhət görürlər. Əvvəlcədən yuyulmuş çiyələklər daha tez yumşalır.

Çiyələklərin təmizlənməsi və ömrünü uzatmağın sirri budur:

Çiyələkləri yuyarkən sirkədən istifadə etmək həm bakteriyaları aradan qaldırmaq, həm də meyvənin ömrünü uzatmaq üçün təsirli bir üsuldur.

Sadəcə bir qaba su doldurun, bir az alma və ya üzüm sirkəsi əlavə edin. Çiyələkləri bu sirkə məhlulunda təxminən 5-10 dəqiqə islatdıqdan sonra bol su ilə yaxalamaq lazımdır.

Qurutma təmizləmək qədər vacibdir. Yuyulmuş çiyələklər kağız dəsmalların üzərinə tək qat şəklində qoyulmalı və bir-birinin üstünə yığılmamalıdır. Bu, artıq nəmi udur və meyvələrin daha uzun müddət təravətli qalmasına kömək edir.

Tarix
2026.04.04 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla