Yuxarı

Zabitimiz övladları üçün hamıdan kömək istəyir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zabitimiz övladları üçün hamıdan kömək istəyir

Hər iki övladım - 27.04.2009-cu il təvəllüdlü Coşqun Omarlı və 10.12.2010-cu il təvəllüdlü Aytən Omarlı intestinal limfangiokteziya xəstəliyindən əziyyət çəkir. Övladlarımın bədənində zülal itkisi gedir. Tərkibində gluten olan qida maddələri yeyə bilməzlər. Bu isə çox qidada var. Xüsusi pəhrizlə dolanmalıdırlar.

Axar.az xəbər verir ki, bu sözləri Kürdəmir rayon sakini, ehtiyatda olan zabit, II qrup əlil Məzahir Omarov deyib. O, övladlarının müalicə alması üçün ölkə başçısından kömək istəyib:

"Övladlarımın müalicəsi üçün artıq təsərrüfatımda olan bütün mal-qaranı satıb, bir neçə dəfə kredit götürmüşəm. Hətta müalicə üçün İrana da getmişik. Ölkənin demək olar ki, bütün öndə gedən xəstəxanalarını gəzmişik. Lakin heç bir ciddi irəliləyiş müşahidə olunmayıb. Çox get-gəldən sonra 6 saylı Uşaq Klinik Xəstəxanası və Respublika Uşaq Klinik Xəstəxanasından yazılı şəkildə arayış verib bildirdilər ki, övladlarımın müalicəsi Azərbaycanda mümkün deyil. Bütün ümidlərimiz üzülmüşdü. 2015-ci ildə Heydər Əliyev Mərkəzində uşaq xəstəlikləri ilə əlaqədar keçirilən konfransa gəlmiş Ege Universitetinin professoru Səma Aydoğdu ilə görüşümüz oldu. Uşaqlara baxdı və intestinal limfangiokteziya xəstəliyindən şübhələndiyini dedi. Vaxt itirmədən uşaqların müayinə-müalicə prosesinə başlamalı olduğumuzu bildirdi. Keçən ildən bu yana gəzmədiyimiz yer, döymədiyimiz qapı qalmayıb. Bu neçə ildə heç kəsə ağız açmamışam, amma artıq bacarmıram. Məni düz başa düşün. Uşaqlar böyüyür, hər şeyi də yeyə bilmirlər. Ancaq qarğıdalı unu, düyü unu alırdım, artıq gücüm çatmır.

Çox çıxılmaz vəziyyətdəyəm. Uşaqlarımın sağalmasını istəyirəm. Odur ki, dövlətimizdən, qulluqçusu olduğum ordunun rəhbərliyindən və ölkə başçısından mənə kömək etməsini istəyirəm. Onsuz da ümidim ancaq cənab Prezidentə qalıb".

Qeyd edək ki, yardım etmək istəyənlər aşağıdakı hesablara pul köçürə və ya 050 627 12 15, 070 661 28 39 nömrələri ilə əlaqə saxlaya bilərlər:

Dollar hesabı üçün

USD Bank Detalis for CA

Intermediary Bank / Vasitəci Bank

Deutsche Bank Trust Bank

New York, USA

SWIFT: BKTRUS33

Beneficiary / Alan

Name / Adı: Mazahir

Surname /Soyadı: Omarov

IBAN :AZ58BRES00381184001618944702

TIN / VOEN:

Beneficiary Bank / Alanın Bankı

Bank Respublika OJSC

Baku / Azerbaijan

SWIFT: BRESAZ22

Manat hesabı üçün

AZN Bank Detalis for CA

Beneficiary Bank / Alanın Bankı

Bank Respublika ASC Sumqayıt filialı

Kod: 504777 VOEN: 9900001901

M/h: AZ80NABZ01350100000000014944

SWIFT: BRESAZ22

Alan / Beneficiary

Adı / Name: Mazahir

Soyadı / Name: Omarov

IBAN: AZ64BRES00380194401618944701

VOEN / TIN:

Birbaşa Milli ön və E-manatdan ödəmək üçün isə hesab nömrəsi:

380194401618944701

Milli ön və E-manat aparatları ilə ödəniş edən zaman bu hesab nömrəsi (380194401618944701) ilə bərabər Omarov Məzahirin şəxsiyyət vəsiqəsinin seriya nömrəsi - 15702601 də daxil edilməlidir.

Tarix
2016.09.07 / 15:20
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Tehranın Bakıya qarşı addımı: Bu gərginliyi kim yaradır?

Çindəki həkim Azərbaycandakı əməliyyata qoşuldu - İlk dəfə

Emin Ağalarov “Sea Breeze”də cərimə tətbiq etdi

Azərbaycanda hüceyrə terapiyası mərkəzi yaradılır

Bunu Əliyev etmişdi: əlinin bir işarəsi ilə...

Erməni terrorçuların şikayətlərinə baxıldı

Azərbaycan və Serbiya arasında siyasi məsləhətləşmələr...

Akomyan müraciət yaydı: Həyatım təhlükədədir!

AzTV-yə qarşı qərardan sonra İrana gedən akademik…

İranın bu addımı qərəzli yanaşmadan başqa bir şey deyil

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla