Yuxarı

Səhər acqarına nəyi içmək olar, nəyi olmaz?

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səhər acqarına nəyi içmək olar, nəyi olmaz?

Çox insan səhər yuxudan duran kimi bir çox içkiləri sağlamlığa fayda olsun deyə içməyə çalışır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, yanlış seçimlər mədəni qıcıqlandıra, kortizolu artıra, günboyu halsızlıq verə bilər.

Səhərlər nə içmək olar?

1. İlıq su

- Bədəni oyadır;

- Bağırsaqları aktivləşdirir;

- Toksinlərin atılmasına kömək edir.

2. Limonlu ilıq su

- Həzmi stimullaşdırır;

- Qaraciyər fəaliyyətini dəstəkləyir.

3. Bitki çayları: Nanə, çobanyastığı

- Sinir sistemini sakitləşdirir;

- Mədəni yormur.

4. Bal + ilıq su (yüngül enerji)

- Qan şəkərini yavaş yüksəldir;

- Enerji verir.

5. Alma sirkəsi

- Həzmi aktivləşdirə bilər;

- İnsulin həssaslığına kömək edə bilər;

Mütləq su ilə qarışdırılmalıdır.

Bunları içmək olmaz!

1. Qəhvə (ən böyük səhv): Aç qarına qəhvə: stress hormonunu artırır.

Nəticə: Əsəbilik, ürəkdöyünmə, günboyu enerji düşməsi.

2. Şəkərli içkilər: Qan şəkərini kəskin qaldırır, sonra sürətlə düşür, halsızlıq yaradır.

3. Turş şirələr (portağal və s.): Mədə turşuluğunu artırır, qıcıqlanma verə bilər.

4. Süd (bəziləri üçün): Bəzi insanlarda şişkinlik, həzm problemi yarada bilər.

Bunları da etmək olmaz!

- Səhər heç nə içməmək;

- Birbaşa qəhvə ilə başlamaq;

- Çox turş içkilər seçmək.

Qızıl qayda:

- Əvvəl: 1 stəkan ilıq su;

- 10–15 dəq sonra: yüngül içki və ya qida;

- Sonra: qəhvə (istəyirsənsə).

Səhər açqarına içilən içki sadəcə vərdiş deyil, bütün günün enerji və hormon balansını müəyyən edir.

Tarix
2026.05.01 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla