Yuxarı

Yorğunluq bu xəstəliyin əlaməti ola bilər – Xəbərdarlıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yorğunluq bu xəstəliyin əlaməti ola bilər – Xəbərdarlıq

Xroniki yorğunluq, halsızlıq və səbəbsiz çəki artımı çox vaxt gündəlik stress və iş yükü ilə əlaqələndirilsə də, mütəxəssislər bu əlamətlərin daha ciddi sağlamlıq probleminin göstəricisi ola biləcəyini bildirir.

Axar.az Milli.az-a istinadla xəbər verir ki, bu simptomlar xüsusilə qalxanabənzər vəzi zədələyən Haşimoto xəstəliyinin erkən siqnalları arasında yer alır.

Türkiyəli terapevt Mehmet Çakır bildirib ki, uzun müddət davam edən halsızlıq və çəki artımı diqqətdən kənarda qalmamalıdır.

Onun sözlərinə görə, immun sisteminin qalxanabənzər vəzə hücum etməsi nəticəsində yaranan Haşimoto xəstəliyi çox vaxt gizli şəkildə inkişaf edir və ciddi fəsadlara səbəb ola bilər.

Həkim qeyd edib ki, xəstələr əksər hallarda yorğunluq, üşümə və saç tökülməsi kimi əlamətləri gündəlik həyatın gərginliyi ilə əlaqələndirir. Halbuki bu şikayətlər xəstəliyin ilkin mərhələdə verdiyi siqnallar ola bilər.

Həmçinin vurğulayıb ki, Haşimoto xəstəliyi qadınlarda daha çox müşahidə olunur və bu fərq əsasən hormonal amillərlə bağlıdır.

Xəstəliyin əsas əlamətləri arasında davamlı halsızlıq, yuxululuq, səbəbsiz çəki artımı, soyuğa qarşı həssaslıq, dəri quruluğu, saç tökülməsi və diqqət dağınıqlığı yer alır.

Həkimlərin sözlərinə görə, Haşimoto sadə qan analizləri ilə aşkar edilə bilər. Xüsusilə ailəsində bu xəstəlik olan şəxslərə mütəmadi tibbi müayinədən keçmək tövsiyə olunur.

Qeyd edilib ki, xəstəliyin tam müalicəsi mümkün olmasa da, düzgün terapiya ilə nəzarətdə saxlamaq mümkündür. Ekspertlər balanslı qidalanma, stressin idarə olunması və müntəzəm fiziki aktivliyin xəstəliyin gedişinə müsbət təsir etdiyini bildirirlər.

Tarix
2026.05.02 / 16:24
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla