Yuxarı

Bu şəxslər yeni virusa yoluxma riski altındadır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslər yeni virusa yoluxma riski altındadır

7-8 yaşdan kiçik uşaqlar və 60-70 yaşdan yuxarı yaşlı insanlar yeni virusa yoluxma riski altındadır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Qamaleya Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin elmi direktoru Aleksandr Gintsburq bildirib.

Ginzburq uşaqların immun sistemlərinin hələ tam inkişaf etmədiyini və yaşlıların immun sistemlərinin artıq o qədər də effektiv işləmədiyini aydınlaşdırıb.

Bildiriliv ki, 1 apreldə MV Hondius gəmisi Argentinanın Uşuaya şəhərindən Kanar adalarına yola düşüb. Gəmidə olan səkkiz nəfərin hantavirus testi müsbət çıxıb, üçü isə ölüb. Gəmidə təxminən 150 nəfər olub, əksəriyyəti ABŞ, Böyük Britaniya, İspaniya və Hollandiya vətəndaşlarıdır. Ekipaj üzvləri arasında bir Rusiya vətəndaşı da var. Gəmi artıq Atlantik okeanındakı bir neçə adada, o cümlədən Tristan da Kunya arxipelaqında dayanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Anais Leqanın sözlərinə görə, hazırda gəmidə baş verən And hantavirusu epidemiyası üçün təsdiqlənmiş peyvəndlər və ya müalicə üsulları mövcud deyil.

ÜST eksperti bildirib ki, təcili tibbi yardım hantaviruslarla mübarizədə əsas tədbir olaraq qalır. Təşkilat həmçinin qeyd edib ki, kruiz gəmisində And hantavirusunun yayılması yeni bir pandemiyanın başlanğıcını göstərmir.

Hantaviruslar əsasən kiçik məməliləri yoluxduran, lakin insanlara da ötürülə bilən viruslar ailəsidir. Ağır hallarda yoluxmuş insanların ağciyərləri zədələnir, ürək çatışmazlığı və hemorragik qızdırma inkişaf edir.

Tarix
2026.05.11 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla