Yuxarı

Təzyiqiniz qalxsa, dərhal bunu için!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təzyiqiniz qalxsa, dərhal bunu için!

Duzsuz pomidor suyu qan təzyiqini aşağı salır.

Axar.az Mediicna.az-a istinadən xəbər verir ki, “Food Science & Nutrition” jurnalında dərc olunmuş bir araşdırmaya görə, müntəzəm olaraq duzsuz pomidor suyu içmək qan təzyiqini və ürək-damar xəstəlikləri riskini azalda bilər.

Gündə 200 ml pomidor suyu içmək ürək-damar xəstəlikləri riski yüksək olanlarda qan təzyiqini və xolesterol səviyyəsini azaldıb.

Tokio Tibb Universitetinin (TMDU) alimləri bir il ərzində 481 iştirakçını izləyiblər. Tədqiqat iştirakçılarına istədikləri qədər pomidor suyu verilib. Könüllülərdən həmçinin gündəlik nə qədər pomidor suyu qəbul etdiklərini və sağlamlıqlarında hər hansı nəzərə çarpan dəyişiklikləri qeyd edən gündəliklər tutmaları xahiş olunub.

Məlumatlar göstərir ki, əksər könüllülər gündə ən azı 200 ml duzsuz pomidor suyu içiblər.

Prehipertoniya və ya hipertoniyası olan 94 iştirakçıda qan təzyiqi 3% azalıb. Bu o deməkdir ki, iştirakçıların sistolik qan təzyiqi ən azı 4 mm civə sütunu azalıb. Diastolik təzyiq isə 3 mm civə sütunu azalıb (140/90 mm civə sütunu və daha yüksək təzyiq yüksək hesab olunur).

Alimlər izah edib ki, pomidora parlaq qırmızı rəng verən likopen birləşməsinin arteriyalarda lövhə əmələ gəlməsinin qarşısını aldığı və qan təzyiqinin aşağı düşməsinə kömək etdiyi bildirilir. Likopen aşağı sıxlıqlı lipoproteinləri (LDL) və ya "pis" xolesterolu inhibə edir, pomidordakı birləşmələr qida xolesterolunun nazik bağırsaqda udulmasını və qaraciyərdə sintezini azaldır.

Tarix
2026.05.21 / 02:08
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla