Yuxarı

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz!

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitamininin çox hissəsini günəş işığından alsaq da, qışda bu çətin ola bilər.

Nəticədə, bir çox insan fevral və mart aylarında D vitamini səviyyələrinin aşağı olduğunu görür. D vitamini çatışmazlığı varsa, bu, yorğunluq, sümük ağrısı, əzələ zəifliyi və əhval dəyişiklikləri kimi bir sıra problemlərə səbəb ola bilər.

Qışda D vitamini çatışmazlığının qarşısını almaq üçün əlavələr qəbul etmək tövsiyə olunur.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Vasilisa Ponomaryova ən yaxşı D vitaminindən danışıb.

"Yay aylarında günəş işığına məruz qalmaq bizə minimum səviyyədə D vitamini verir, lakin qış aylarında günəş işığına məhdud çıxışla kifayət qədər D vitamini qəbul etmək mümkün deyil. Əgər bu səbəbdən əlavələr qəbul etmək qərarına gəlsəniz, D3 variantını seçin. D3 vitamini heyvan mənbələrindən və günəş işığından, D2 isə bitkilərdən gəlir.

Çoxumuz D vitamini əlavələri qəbul etməkdən faydalanardıq, lakin D2 vitamininin bitki formasından 87 faiz daha güclü olan D3 vitamini əldə etsəz, pulunuza qənaət etmiş olarsız", - diyetoloq qeyd edib.

Tarix
2026.05.24 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla